Azərbaycan hökumətinə 5 tövsiyə Siyasət

Azərbaycan hökumətinə 5 tövsiyə

Hans Timmer: "Maliyyə, büdcə proqnozlaşdırılması, özəl sektor, rəqabət sahələrində Azərbaycanla çox sayda komandalarımız çalışır"


Dünya Bankı makroqitisadi sabitliyin təmin olunması məqsədilə islahatların aparılması zamanı Azərbaycan hökumətinə əhalinin həssas təbəqələrinə qarşı diqqəli olmağı tövsiyə edir.
İnterfaks-Azərbaycan xəbər verir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Hans Timmer bu gün Buxarestdə video-konfrans zamanı bəyan edib.
O, Azərbaycan hökumətinə 5 bənddən ibarət tövsiyə təqdim edib: "Birincisi – monetar siyasətin dəyişilməsi, valyutanın çevik məzənnəsinə keçid, buna artıq nail olunub".
Hans Tammerin sözlərinə görə, nəinki Azərbaycan, həm də neft-ixracatçıları digər ölkələr üçün vacib olan ikinci məsələ – maliyyə, o cümlədən bank sektorunun stabilləşməsidir: "Neftin qiymətinin kəskin dəyişilməsi və ardınca gələn devalvasiya banklar üçün böyük problemə çevrilib, bu da problemli kreditlərin artımına gətirib. Bu vəziyyətin həlli üçün sxemlər tapmaq zəruridir ki, onlar dövlət büdcəsinə böyük yük olmasın".
İqtisadçının toxunduğu üçüncü məsələ, neft və qeyri-neft gəlirləri arasında balansla davamlı ortamüddətli büdcələşdirilmədir: "Dördüncü tövsiyyə – gəlirlərin şəffaf və ədalətli bölüşdürülməsinə nail olmaqdır. Məqsəd milli gəlirlərin azalmasından əsas yükün əhalinin daha həssas təbəqəsinin üzərinə düşməməsidir".
Onun sözlərinə görə, beşinci tövsiyə hökumətin diqqətini yeni iş yerlərinin yaradılması, rəqabətlə bağlı vəziyyətin yaxşılaşması məqsədilə islahatların aparılması, digər sahələrdə də maliyyəyə biznesin çıxışına yönəltməyə aiddir: "Bütün bu çağırışlar üzrə Azərbaycan hökuməti ilə işləyirik. Maliyyə, büdcə proqnozlaşdırılması, özəl sektor, rəqabət sahələrində Azərbaycanla çox sayda komandalarımız çalışır".