“Bununla da Azərbaycanın dünyada yeri möhkəmlənməyə başladı” Siyasət

“Bununla da Azərbaycanın dünyada yeri möhkəmlənməyə başladı”

“1993-cü il 15 iyun Azərbaycan tarixində mühüm və həlledici bir təqvim idi. SSRİ-nin süququ ilə Azərbaycan da öz müstəqilliyinə qovuşdu. Lakin müstəqil dövlət kimi Azərbaycanın gələcəyi haqqında nikbin nəsə demək çətin idi”. Xalqcəbhəsi.az xəbər verir ki, xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Elşad Mirbəşir deyib. O, əlavə edib ki, Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra dərin təcrübəsinə söykənərək dərin idarəçilik sistemi formalaşdırdı: “Heydər Əliyev qısa zaman kəsiyində Azərbaycan xalqının həmrəyliyini təmin edə, iqtisadi sabitliyin formalaşmasını həyata keçirə bildi. Bununla da Azərbaycanın dünyada yeri möhkəmlənməyə başladı”.