“Onları əzib yox edəcəyik” Siyasət

“Onları əzib yox edəcəyik”

"Millət olaraq hamımız kədərliyik. Heç kəs terror aktı ilə nə Türkiyəni sarsıda, nə də türk millətinin gözünü qorxuda bilər".
Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfir bildirib ki, biz kədərli ola bilərik, amma terrorla mübarizə aparmağa tam qərarlıyıq. Onun sözlərinə görə, türk milləti terrorla mübarizədə hər zaman hökumətin yanındadır: "Adı nə olur olsun, istər PKK, istər İŞİD, istər FETÖ, fərq etməz, bilsinlər ki, onları əzib yox edəcəyik".