“Dövlətimizin beynəlxalq mövqeləri möhkəmlənib” Siyasət

“Dövlətimizin beynəlxalq mövqeləri möhkəmlənib”

Musa Qasımlı: "Bakı beynəlxalq toplantıların keçirildiyi mərkəzə çevrilib"

"2016-cı il ölkəmizin həyatında əlamətdar hadisələrlə yadda qaldı. Ölkəmizdə bütün sahələrdə islahatlar dərinləşdirildi". Bunu millət vəkili, professor Musa Qasımlı ilin yekununu şərh edərkən deyib. Deputatın sözlərinə görə, 2016-cı ildə övlətimizin beynəlxalq mövqeləri möhkəmlənib: "Bakı beynəlxalq toplantıların keçirildiyi mərkəzə çevrilib. Cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dövlətimizin beynəlxalq nüfuzu artıb".
Millət vəkili əlavə edib ki, bir zamanlar əgər Azərbaycan xarici ölkələrə gedib nəyisə istəyirdisə, bu gün dünyanın böyük dövlətlərinin rəhbərləri Azərbaycana səfər edirlər: "Artıq Azərbaycan beynəlxalq toplantıların keçirildiyi bir mərkəzə çevrilib. Əgər vaxtilə Azərbaycan xarici ölkələrdən kredit istəyirdisə, bu gün Azərbaycan borc verən ölkədir, yəni Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilib. Azərbaycan rəqabətə davamlı müasir bir ölkəyə çevrilib".
M.Qasımlı vurğulayıb ki, Azərbaycanın müasir bir ölkəyə çevrilməsi heç şübhəsiz Prezident İlham Əliyevin bilavasitə adı ilə bağlıdır.