“Məktəblərdə aqressiyanın kökü cəmiyyətdədir”
27 Oktyabr 16:10
27 Oktyabr 16:10
27 Oktyabr 15:06
27 Oktyabr 12:49
27 Oktyabr 12:16
Fond cəzaçəkmə müəssisələrində insan hüquqlarının monitorinqini uğurla başa çatdırdı
Təbriz Rifah Departamentinin işçiləri etiraz mitinqi keçiriblər
Meruert Bayetova: Qazaxıstan AİB ilə evlərin icbari sığorta sistemini hazırlayır
Prezident Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub
2 Sentyabr 2024 13:35
3 255
“Sülh sazişinin imzalanmasını mümkün edə biləcək əlavə meyarlar mövcuddur. Seçim Ermənistanındır”.
APA xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Serbiyanın xarici işlər naziri Marko Curiçlə birgə mətbuat konfransında bildirib.
Nazir deyib ki, Ermənistan qonşularına qarşı, ilk olaraq da Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir: “Buna hər hansı bəhanə tapmağa enerji sərf edilməməlidir. Ermənistan və Azərbaycan konstitusiyaları arasında müqayisələr aparmaq cəhdləri də yersizdir. Biz bu problemin mövcudluğunu qarşı tərəfə 2 il öncə çatdırmışdıq. Biz konstruktiv tərəf olaraq bunu danışıqlara şərt olaraq qoymurduq, amma məsələnin həllini istəyirdik. Onlarsa bu məsələnin üstündən keçməyə çalışırdılar. O zaman onlar Azərbaycan konstitusiyası ilə bağlı hər hansı iddia ilə çıxış etmirdilər. Azərbaycan Konstitusiyasında heç bir qonşu dövlətə, o cümlədən Ermənistana ərazi iddiası yoxdur”.