“Əslində Qarabağ Rusiya-Türkiyə əlaqələri baxımından son dərəcə kritik bir mövqedədir” Siyasət

“Əslində Qarabağ Rusiya-Türkiyə əlaqələri baxımından son dərəcə kritik bir mövqedədir”

Hasan Oktay: "Savaş regional miqyasdan kənara çıxa bilər"

"Rusiya Türkiyə yaxınlaşması sadəcə Suriya mövzusunda deyil, xüsusilə Yaxın Şərqdə böyük dəyişikliklərə müsbət təsir edəcək. Onun sözlıərinə görə. Suriya mövzusunda başlayan strateji əməkdaşlıq digər sahə və məsələlərə də sirayət edəcək, daha geniş diametrli coğrafiyanı təsir alıtına salacaq". Bunu Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Markəzinin (KAFKASSAM) sədri Hasan Oktay bildirib: "Rusiya-Türkiyə əməkdaşlığı təkcə bölgədə əhəmiyyətli sayılmayacaq, dünya səviyyəsindəki siyasi mühitə təsir edəcək". Mərkəz rəhbəri qeyd edib ki, Dağlıq Qarabağ problemi regional bir problem olmasına baxmayaraq, artıq bəzi supergüclərin müdaxiləsi nəticəsində beynəlxalq səviyyədə həllini tapacaq bir problemə çevrilib: "Çox təssüflər olsun ki, hadisələrin bu tərzdə cərəyan etməsi nəticəsində Qarabaq münaqişəsinin həllində bir irəliləyiş müşahidə olunmadı. Avropa Birliyi Qarabağ mövzusundakı çözümsüzlük mövqeyinin cəzasını Ukrayna mövzusunda ağır bir şəkildə ödəyir. İndiki halda Türkiyə və Rusiya bölgədəki
problemləri birlikdə həll edə biləcək təşəbbüsləri ələ alacaq. Nəticədə Ermənistan və Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusunu öz aralarında müzakirə edə biləcəklər. Beləliklə, tərəflər - Türkiyə, Rusiya, Ermənistan və Azərbaycan sülhün Qarabağda hakim olmasına nail ola bilərlər. Əslində Qarabağ Rusiya-Türkiyə əlaqələri baxımından son dərəcə kritik bir mövqedədir. Ya sülh, ya da müharibə. Savaş regional miqyasdan kənara çıxa bilər, həm Rusiya, həm də Türkiyə, hətta İran da proseslərə təsir edə bilər". Yeni Ağ Ev rəhbərinin Türkiyə ilə münasibətlərinə də toxunan Hasan Oktay deyib ki, bu gün Türkiyə-ABŞ münasibətləri 2015-ci il 24 noyabrda Suriya-Türkiyə sərhəddində rus təyyarəsinin vurulması hadisəsindən sonra yaranmış rus-türk münasibətlərinə bənzəyir: "Birləşmiş Ştatlar Rusiya-Türkiyə yaxınlaşmasından narahatdır, xüsusən Suriya məsələsinin çözümündə hər iki dövlətin birgə fəaliyyətindən. İyun ayında İsrail baş nazirinin Moskva səfəri ilə başlayan Rusiya-Türkiyə-İsrail yaxınlaşmasından Birləşmiş Ştatlar son dərəcə narahat oldu və 15 iyulda Türkiyədəki hərbi üsyana qismən dəstək verdi. Türkiyə və Rusiya belə bir vəziyyətdə ABŞ-da prezident seçkilərində Donald Trampı arzuladılar. Əgər seçkilərdə Hilari Klinton qalib gəlsəydi, Türkiyə və Rusiyanı daha ağır şərtlər gözləyərdi. Amma hələ də təhlükə keçmiş deyil". Mərkəz rəhbəri hesab edir ki, Donald Tramp ciddi təzyiq altındadır: "Amma ilkin olaraq Trampın fəaliyyətindən görünür ki, Barak Obama dövründə edilən səhvlər təkrarlanmayacaq. Lakin Donald Tramp prezidentliyə alışana qədər köhnə rəhbərliyin elementləri onu zəiflətməyə çalışacaq, yəni fəaliyyətinə maneçilik törədəcəklər. Rusiya-Türkiyə birliyi ABŞ səlahiyyətlilərini də qorxudur, amma Tramp və onun qrupu belə düşünməyəcək". Amerikanın bundan sonrakı Yaxın Şərq siyasətinə gəlincə Hasan Oktayın qənaətincə Orta Şərq 1990-cı ildən bəri ABŞ-ın döyüş mühitinə sürüdüyü bir coğrafiyadır: "Amerika Səddam, Əsəd bəhanəsiylə bölgəyə nüfuz etdi. Amma indi çətin duruma düşmüş Birləşmiş Ştatlar yeni manevrlər axtarışındadır". Hasan Oktay İran-ABŞ əlaqələrinə də toxunaraq deyib ki, Vaşinqton-Tehran əlaqələri üzərində dayanılması lazım olan ən önəmli əlaqə formasıdır: "İran-ABŞ yaxınlaşması söz mövzusudur. İranın rəhbərliyinin başı dərddədir. Hillari Klintonun yenidən hakimiyyətə gələ biləcəyini zənn edərək Rusiyanı Suriyaya çəkdi, sonra ustalıqla manevr edərək onu tək buraxdı və arxasında embarqonu qaldırtdı. Amma Donald Tramp prezident seçiləndən sonra o, İran əleyhinə bəzi fikirlər söylədi. Durum göstərir ki, yaxın gələcəkdə İran bölgədə ciddi çətinliklə qarşı-qarşıya qalacaq".