“Azərbaycanlı əhali arasında elə insanlar var ki....” Siyasət

“Azərbaycanlı əhali arasında elə insanlar var ki....”

Əli Babayev: "Gürcü dilini bilirlər və ölkənin xidmətində məmnuniyyətlə dayana bilərlər"


"Gürcüstanda yaşayan milli azlıqların gürcü dilini öyrənməsi üçün dövlətin vahid konsepsiyası yoxdur. Müstəqilliyin qazanılmasından sonra Gürcüstanda milli azlıqların dövlət strukturlarına inteqrasiyasının stimullaşdırılması nəzərə çarpmır".
Bu fikirləri həmsöhbətimiz Gürcüstan Azərbaycanlıları Kongersinin sədri Əli Babayev səsələndirib. O bildirib ki, ilk növbədə, dövlət dilinin möhkəmləndirilməsi qayğısına dövlət qalmalıdır: "Dilə Azərbaycanda olduğu kimi elə bir status verilməlidir. Bu ölkədə dövlət dili əsas prioritetlərdən biri hesab olunur. Ötən əsrin 90- cı illərində 48 kəndin adını elə dəyişdirdilər ki, bu barədə yerli etnik azlıqlar heç nə bilmədilər. Şevardnadzeninin idarəçiliyi dövründə parlamentin 7 nəfər azərbaycanlı üzvündən bircə nəfəri gürcü dilini bilirdi. Saakaşvilinin dövründə 4 nəfər deputatdan biri bilirdi. İndi nə baş verir? Deputatlar seçiblər və onlar arasında heç biri gürcü dilini bilmir. Gördüyümüz kimi, münasibət dəyişmir və başqası gəlsə, onun başqa cür hərəkət etməsini heç kim bilmir. İllər öncə Sulxan Saba Orbeliani adına Tbilisi Dövlət Pedaqoji İnstitutu fəaliyyət göstərirdi ki, orada da milli azlıqların ayrıca fakültələri açılmışdı. Dmanisidən, Bolnisidən azərbaycanlılar gəlir, gürcü dilini, eləcə də azərbaycan dilini öyrənirdilər. Öz kəndlərinə gedir, gürcü dili müəllimi də və azərbaycan dili müəlimi də olaraq işləyə bilirdilər. Azərbaycanlı yaşayış məntəqələrində gürcü məktəbinin açılmasının əleyhinə deyiləm, əksinə, lakin gürcü dilinə münasibət dəyişdirilməlidir. Gürcüstanda yaşayan azərbaycanlı doğma dilini öyrənməlidir, eyni zamanda gürcü dilini də öyrənməlidir. Azərbaycanlı əhali arasında elə insanlar var ki, gürcü dilini bilirlər və ölkənin xidmətində məmnuniyyətlə dayana bilərlər, lakin nədənsə, onlara məhəl qoyulmur, əvəzində bizə təəccüblü görünsə də "Gürcü arzusu"na qarşı canfəşanlıqla mübarizə aparan insanlar irəli çəkilib".
Ə.Babayov diqqətə çatdırıb ki, Türkiyədə guya Gürcüstandan və Şimali Qafqazdan gedən, guya vaxtilə sultanların ən yaxşı mühafizəçiləri olanların varisləri türk icmalarından ibarət üzdəniraq qarapapaqlar birliyi mövcuddur: "Bu istiqamətdə Azərbaycanda, Türkiyədə və başqa yerlərdə olduğu kimi, Gürcüstanda da təşkilat yaradılıb ki, bu da qarapapaqların ənənələrinin və mədəniyyətinin təbliğini həyata keçirir. "Qarapapaq- türkləri birliyi"nin ideologiyasına yaxşı bələdəm. Bu yaxınlarda Türkiyədə Aşıqlar festivalı keçirildi, mən də dəvət olunmuşdum və əsasən ənənələrin qorunub saxlanılmasına diqqət yetirildi…".
"Mən Gürcüstanda 20 ildir ki, siyasətə fəal şəkildə qoşulmuşam",- deyən Ə.Babayev həmçinin diqqətə çatdırıb ki, 2007-ci ildən başlamış, 2011-12-ci illərdə "Millilər"ə qarşı qorxmazlıqla mübarizə aparırdım: "…İnformasiya agentliklərin birinə dedim və sizin qəzetin vasitəsi ilə də açıq şəkildə bəyan edirəm. Bizə cavab versinlər. Gürcüstan erməniləri Gürcüstanda yaşayan azərbaycanılılarla birlikdə hakimiyyəti Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çağırmaq üçün niyə mətbuar konfransı keçirmirlər? Bu addımı niyə atmırlar? Gürcüstanda Rusiyadan maliyyələşdirilən gürcü təşkilatları və siyasi partiyalar da var ki, onlar da başqa çıxış yolu görə bilmədilər və Qax-Balakəndə yaşayan əhalinin qarışdırılmasına əl uzadırlar. Marağı olan qüvvələr Türkiyədə də var ki, Gürcüstanda etnik zəmində nifaq salınsın. Buna biz yol verə bilmərik! Azərbaycan, Türkiyə və Gürcüstanda baş verməyəcək. Gürcüstan fərqli ölkədir ki, burada da müxtəlif etnik azlıqların nümayəndələri yaşayırlar. Onlar bu ölkənin ərazi bütövlüyü, Gürcüstanın gələcəyi və burada dinc yaşayışın qayğısına qalmalıdırlar, lakin Gürcüstanda onların hüquqları da qorunmalıdır…".