“Ermənilər qədər saxta varlıq tanımıram” Siyasət

“Ermənilər qədər saxta varlıq tanımıram”

"Ermənilər qədər saxta, "komplekssiz" varlıq tanımıram". Bunu millət vəkili Sahib Alıyev deyib. Onun sözlərinə görə, ötən ilin aprelində havadarlarını ayağa qaldırdılar ki, tükənirlər, döyüşlər dayandırılsın: "Aradan bir neçə gün keçəndən sonra dedilər ki, guya döyüşlər dayandırılmasa, bunlar Kürə kimi gəlib çıxa bilərlərmiş. Bir az zaman keçəndən sonra isə bir sürü hərbiçilərinin Azərbaycan ordusunun zərbəsinə tuş gəldiyini təsdiqləyirlər. Başqa yolları da yoxdur, bunun görüntüləri, sübutu var. Aydın görünür ki, ordumuz bir neçə hərbi texnika və onlarla hayın toplaşdığı yerə zərbə endirir. Endirilən zərbənin hərbi texnikalarını sıradan çıxardığını etiraf edirlər. Ancaq şəxsi heyətə gəldikdə guya cəmisi 3 nəfər yaralanıb. Saxtakarlıqları aydın görünür. Deməli onlarla hərbiçi və bir neçə hərbi texnikaya raket zərbəsi endirilir, rusun texnikası sıradan çıxır, haylardan isə cəmisi 3 nəfər yaralanır. Bu qədər fantaziya nağıllarda belə olmur".