Azərbaycan prezidenti türkiyəli həmkarına məktub göndərib Siyasət
14 İyul 2017 18:19
784

Məktubda deyilir:
"Möhtərəm cənab Prezident, Əziz qardaşım! İyulun 15-də Türkiyə Cümhuriyyətində qanuni hakimiyyəti zorakılıqla devirmək cəhdinin qarşısının alınmasının bir ili tamam olur. O gecə yaşanan qanlı hadisələr, ölkənin Konstitusiya quruluşunu fədakarlıqla qoruyan türk xalqının mətinliyi və insanların öz canını qurban verməsi Azərbaycanda əsil qəhrəmanlıq nümunəsi kimi böyük ehtiramla xatırlanır. Həmin gün demokratiya və qanunçuluğun müdafiəsinə qalxmış milyonlarla vətəndaş bir daha sübut etdi ki, xalqın iradəsinə heç kim qalib gələ bilməz və dövlətçiliyə qarşı yönəlmiş istənilən cəhd iflasa məhkumdur.
Hadisə haqqında xəbər tutan kimi mən dərhal Türkiyənin legitim hakimiyyətinə öz dəstəyimi ifadə edərək, ölkənin Konstitusiya quruluşuna qəsd edən Vətən xainlərini birmənalı şəkildə pislədim və bununla bağlı Azərbaycanın hökumət üzvlərinə müvafiq tapşırıqlarımı verdim.
Əminəm ki, dövlətçiliyi, demokratik dəyərləri və Sizin rəhbərliyinizlə cəmiyyət həyatının bütün sahələrində əldə olunmuş uğurları yaşatmaq üçün sarsılmaz iradə nümayiş etdirən vətəndaşların rəşadəti və şəhidlərin unudulmaz xatirəsi hamımızın qəlbində daim yaşayacaqdır. Sizin liderliyiniz, türk xalqının həmrəyliyi və qətiyyəti sayəsində xain niyyətlərin qarşısına keçilməz sipər çəkildi, Türkiyə dövləti böyük təhlükələrdən xilas oldu. Ötən dövrdə Siz əhalini səfərbər etməklə, ölkənizin inkişafı və dünya dövlətləri sırasında nüfuzunun güclənməsi istiqamətində böyük işlər gördünüz, şəxsi məqsədlərini xalqın iradəsindən üstün tutan anti-milli qüvvələrə qalib gəldiniz. Bütün bunlar, qardaş Türkiyə vətəndaşları kimi, bizi də ürəkdən sevindirir. Bu günlərdə İstanbulda baş tutmuş Dünya Neft Sammitində Sizinlə keçirdiyimiz görüşü məmnuniyyətlə xatırlayır, apardığımız müzakirələrin gələcək əlaqələrimizin daha da möhkəmlənməsinə ciddi təsir göstərəcəyinə inandığımı bildirirəm.
Əziz qardaşım, bir daha 15 iyul şəhidlərinin ruhuna rəhmət, onların yaxınlarına səbir, qardaş türk xalqına dözüm arzulayaraq, bütün taleyüklü məsələlərdə Sizinlə həmrəy olduğumu ifadə edirəm".
-
Zelenski: sülh üçün ən çətin mərhələ başlayıb
-
Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində mina hadisəsi baș verdi
-
Sudanda dron hücumu: 10 nəfər həlak olub
-
“Azərbaycan Rusiya, Türkiyə, ABŞ və Çinlə intensiv danışıqlar içərisində olmalıdır”
-
Pakistanda ağır avtobus qəzası: 5 nəfər ölüb
-
Türkiyə Prezidenti: Bölgəmizin üzləşdiyi ciddi təhlükələrin şahidi oluruq
-
Teodora Georgieva: ICGB-nin genişləndirilməsi Azərbaycan qazının Avropada mövqeyini daha da gücləndirəcək
-
Əraqçi: ABŞ-la danışıqlar üçün uyğun şərait yoxdur
-
AMB Bolqarıstan levinin məzənnəsinin açıqlanmasını dayandırıb
-
Fransa ABŞ-ın Qrenlandiyanı ilhaq etməsi halına tədbirlər planı hazırlayır
-
Qəbələnin Nic qəsəbəsində Milad bayramı qeyd olunub
-
Amerikalı senator: İrandakı proseslər Yaxın Şərqin tarixində ən irimiqyaslı dəyişikliklər olacaq
-
İran üçün hazırlanan “V” planı
-
Tanınmış alim və həkim Nuru Bayramovun biblioqrafik göstəricisi işıq üzü görüb
-
KİV: ABŞ-ın hərbi təyyarələri kütləvi şəkildə Avropa bazalarına göndərilir, hədəf İran ola bilər
-
Sabahın havası açıqlanıb
-
Nəzrin Mansurlunun ölümünə görə həbs olunan həkim Sənan Mehdiyev cəzadan azad edilib
-
Fransa millisinin futbolçusu "Fənərbağça"da
-
“Fənərbağça” qapıçısını icarəyə verib
-
Tanınmış rejissor Cəfər Pənahi həbs qərarına baxmayaraq, İrana qayıtmaq niyyətindədir
-
Bakıda yük və minik maşınları toqquşub, ölən var
-
Urmuda idman yarışı tamaşaçısız keçiriləcək
-
Urmu gölü transmilli problemdir - Arif
-
Zakir Həsənov Qazaxıstanın yeni hərbi attaşesini qəbul edib
-
Pakistan Banqladeşə qırıcı təyyarələr satmağı planlaşdırır
-
Səfərbərlik Xidmətinin rəisi Neftçalada qəbul keçirəcək
-
Gürcüstanda toyda azərbaycanlılar arasında insidentlə bağlı 2 nəfər saxlanılıb, 3 nəfər məsuliyyətə cəlb edilib
-
Prezident İlham Əliyevin telekanallara müsahibəsi: Ölkə daxilindən qlobal siyasətə qədər geniş gündəm - TƏHLİL
-
Cənub Keçid Şurası Ər-Riyad nümayəndə heyəti ilə əlaqənin itdiyini açıqlayıb
-
Mətbuat Şurasının Dil Komissiyasının genişləndirilmiş iclası keçiriləcək
-
Bakıda mənzildə 87 yaşlı qadının meyiti tapılıb
-
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi beş gəmisinin sanksiyaya məruz qalması ilə bağlı apellyasiya müraciəti hazırlayıb
-
Dövlət vəsaitlərinin idarə edilməsindən 121 mln. manat gəlir əldə olunub
-
ABŞ Qrenlandiyanı güc yolu ilə ələ keçirə bilər
-
Qaradağda usta avtomobillərin hissələrini oğurlayıb
-
Memar: Ənənələrin qorunması ilk növbədə şəhərin tarixi yaddaşına hörmətdir
-
FHN dumanlı hava ilə əlaqədar gəmi istifadəçilərinə müraciət edib
-
Abşeronda “sosial eksperiment” adı altında dələduzluq edilib
-
Karakas və Vaşinqton Venesuela neftinin ABŞ-a ixracı ilə bağlı razılığa gəlib
-
Dünya bazarlarında neftin qiyməti azalıb
-
Makron: Minlərlə fransız əsgəri Ukraynaya göndərilə bilər
-
İranda etirazçılar iki şəhərin nəzarətə alındığını bildirir
-
Gəncədə 18 yaşlı oğlan qətlə yetirilib
-
Çinin şimal-qərbində 5,2 bal gücündə zəlzələ baş verib
-
ABŞ-ın təqib etdiyi tankeri müşayiət etmək üçün Rusiya sualtı qayıq göndərib
-
Azərbaycan neftinin qiyməti cüzi azalıb
-
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
-
İran İsrailə casusluqda ittiham olunan şəxsi edam edib
-
ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı bəyannamə imzalamayıb
-
Bakıda sürücü yola uzanmış 23 yaşlı kişini vuraraq öldürüb
-
Azərbaycanda pul bazası 7%-dən çox artıb
-
BDYPİ sürücülərə çağırış edib
-
Dumanlı hava daha 2 gün davam edəcək
-
Mərkəzi Bankın valyuta ehtiyatları açıqlanıb
-
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
-
Yəmən hökuməti STC sədri əl-Zubeydini xəyanətdə ittiham edib
-
Bu günün valyuta məzənnələri
-
KTM: Ötən il 1188 zəhərlənib, 46 nəfər ölüb
-
SN: Mövsümi virus infeksiyalarının artması pnevmoniya riskini yüksəldir
-
ABŞ Venesuelanın daxili işlər nazirindən Vaşinqtonun maraqlarına mane olmamağı tələb edib
Xəbər lenti


