Bayram Beqay: Albaniya Azərbaycanla güclənən tərəfdaşlığı yüksək qiymətləndirir
Serbiyanın Prezidenti Azərbaycan müdafiə nazirini qəbul edib
Nazir: Süni intellekt bəzi materialları Dilçilik İnstitutundan daha yaxşı təqdim edir
Nazir: Hüququn dərslik kimi tədris olunmasındansa, müzakirələrlə öyrədilməsi daha məqsədəuyğundur
20 İyun 2025 23:58
3 066
Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Laçına səfəri ilə bağlı “X” hesabında paylaşıb edib.
Xalqcebhesi.az xəbər verir ki, paylaşımda deyilir:
“Diplomatik korpusla Laçına səfər etdik. Laçın hava limanına endik, sabah Şuşa və Ağdam proqramı ilə davam edəcəyik. Bakıya Ağdam-Bakı qatarı ilə qayıdacayıq”.
Qeydə edək ki, Laçına səfəri çərçivəsində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri bir sıra məkanlarda olublar. Onlar, Laçın İstirahət Kompleksi, "Hoçazfilm" studiyası, "Yurd" qalereyası, "Lacinema" mərkəzi ilə həmçinin Həkəri sahili, Seyrəngah və "Gilabi Ceramics" mərkəzlə tanış olublar.