Bölgədə yeni əməkdaşlıq formatı Siyasət

Bölgədə yeni əməkdaşlıq formatı

"Azərbaycan, Türkmənistan və Türkiyə XİH rəhbərlərinin üçtərəfli formatda ilk görüşü müsbət addımdır"
Niyaməddin Orduxanlı: "Uzun müddətdir Xəzər dənizin satusu ilə bağlı müəyyən anlaşılmazlıq hökm sürür"
Əli Orucov: "Bu görüş əsas problemlərin nizamlanmasında müstəsna rol oynayacaq"
Ərəstun Baxşəliyev: "Burada əsas məsələ Transxəzər qaz kəmərinin çəkilməsi məsələsidir"
Azər Həsrət: "İstənilən halda bu üç ölkənin bir araya gəlməsi alqışlanmalıdır"

Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli formatda ilk görüşünün ilkin tarixi açıqlanıb. Görüşün mayın 26-da Bakıda keçiriləcəyi gözlənilir. Görüş zamanı üç ölkənin xarici işlər nazirləri regiondakı vəziyyəti, Xəzərin statusunu, eləcə də əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Qeyd edək ki, artıq Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran görüş formatları mövcuddur və göstərilən dövlətlərin xarici işlər nazirləri və prezidentlərinin sammitləri keçirilir.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ötən ilin sonlarında (ATƏT Nazirlər Şurasının XX iclası çərçivəsində) Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli formatının yaradılmasına dair razılığın əldə edildiyini bəyan etmişdi.
Ümumiyyətlə bu görüşdən gözləntilər nədir?
Bütöv Azərbaycan Xalq Cəbhəsi Parttiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı bildidi ki, Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli formatda ilk görüşü müsbət addımdır: "Bilirsiniz ki, uzun müddətdir Xəzər dənizin satusu ilə bağlı müəyyən anlaşılmazlıq hökm sürür. Birgə müzakirələr zamanı bu məsələyədə baxılacaq. Güman edirəm ki, ortaq məxrəc tapılacaq. Türkdilli dövlətlərin birgə görüşləri hər zaman müsbət qarşılanmalıdır".
Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Əli Orucov dedi ki, bu görüşlər pozitiv xarakter daşıyır: "Nəzrə alsaq ki, Azərbaycanla Türkmənistan arasında həlli vacib olan mübahisəli məqamlar var. Xüsusən də Xəzərin statusu və
bəzi dənizdə olan bəzi yataqlar barədə aydınlaşma aparılmayıb. Eyni zamanda Türkmən qazının
Xəzərin dibi ilə Azərbaycan üzərindən Avripaya nəql edilməsi məsləsi də öz həllini tapmasını gözləyir. Üstəlik də Rusiyanın postsovet ölkələrinə artan təzyiqi fonunda Türkdilli dövlətlərin bir-birinə dəstəyi vacibdir. Odur ki, düşünürəm ki, bu görüş sadaladığım əsas problemlərin nizamlanmasında müstəsna rol oynayacq".
Politoloq Ərəstun Baxşəliyev diqqətə çatdırdı ki, burada əsas faktor Transxəzər qaz kəmərinin çəkilməsi məsələsidir: "Bu layihə çoxdan mövcud olsa da lakin, təssüflər olsun ki, Rusiya bu layihənin gerçəkləşməsinə mütəmadi olaraq öz etirazını bildirmiş və onu əngəlləməyə çalışıb. Qərb isə bu layihənin gerçəkləşməsində daha çox maraqlıdır. Çünki bu layihə gerçəkləşərsə o zaman arxivə gömülmüş hesab edilən Nabukko layihəsi gerçəkdə bir reallığa çevriləcək ki, bu da qərb analitiklərinə görə Avropa məkanının enerji təhlükəsizliyinin təmini, ABŞ dünya hegemoniyasının isə uzunömürlülüyünün fitvası demək olacaq. Çox böyük ehtimaldır ki, bu məsələnin gerçəkləşməsi üçün Qərb daha çox Türkiyə amilindən yaralanır. Çünki, layihənin gerçəkləşməsində əsas oyunçular türkdilli dövlətlər olan Türkmənistan, Azərbaycan və də Türkiyədir. Fikrimcə Türkiyənin bu dövlətlər içərisində imici və region aktivliyi nəzərə alınarsa o zaman bu oyunda Türkiyənin daha çox aktivlik göstərməsinin də əsl hədəfləri bəlli olmuş olar. Görüşün baş tutub səmərəli keçəcəyinə şübhə yoxdur. Ancaq burada əsas məsələlərdən biri rəsmi Aşqabada qarşı Rusiya təsirininin minimuma endirilməsi məsələsi olacaqdır. Əgər bu qarantiya Türkmənistana verilməzsə o zaman rəsmi Bakının da bu işə girişməsi öz reallığını itirə bilər. Çünki öz qazını Avropa bazarlarına çıxarmaq istiyən tərəf Türkmənistan, bu qazın Avropa bazarılarına çatdırılmasını arzu edən tərəf isə Qərbdir. Layihə gerçəkləşərsə nələr ola bilər sualına gəlincə isə...
2009-cu ildə Rusiyanın strateji önəm kəsb edən milli təhlükəsizlik konsepsiyası işəlnib hazırlanıb ki, burada da 2020-ci ilə kimi ölkənin qarşısında duran hədəflər, gözləntilər, Rusiyanın dünyada oynadığı önəmli rol, mümkün təhlükələr və onlardan müdafiə olunmaq üsulları, təhlükələr qarşısında atılacaq addımlar kimi önəmli məsələlər öz əksini tapmışdır. Sənədin ən dəyərli hissəsi isə rusiyalı analitiklərin növbəti onillikdə baş verə biləcək hadisələrlə bağlı irəli sürdükləri bir qism proqnozlar olub. Burada göstərilirdi ki, cox da uzaqda olmayan bir dövrdən başlayaraq dünyada enerji mənbələrinə nəzarət uğrunda mübarizə həddən ziyadə kəskinləşməyə başlayacaq. Bu mübarizənin əsas obyektləri isə Yaxın Şərq, Barens dənizi şelfi, Arktikanın digər regionları, Xəzər hövzəsi və Mərkəzi Asiya regionu olacaq".
Siyasi şərhçi Azər Həsrət vurğuladı ki, istənilən halda bu üç ölkənin bir araya gəlməsi alqışlanmalıdır: "Hətta konkret sonuclar olmasa belə. Çünki Türkmənistan, bilindiyi kimi, ümumtürk çalışmalarında bir az məsafəli davranır. Türk Şurasından kənardadır və baxmayaraq ki, bu ölkədə Türklük şüuru dövlət səviyyəsində təsdiqlənir, Türkmənistan hər cür siyasi birlikdən kənarda qalmağa çalışır. Bu da həmin ölkənin elan etdiyi tərəfsizlik siyasətindən irəli gəlir. Bu baxımdan Türkmənistanla digər Türk dövlətlərinin 2 və daha çox tərəfli görüşləri ən azından başqalarına mesaj baxımından faydalı olur. Ona görə də bu 3 tərəfli görüşü uğurlu və faydalı addım sanıram".
Politoloq Elxan Şahinoğlu hesab edir ki, Azərbaycan-Türkiyə-Türkmənistan formatı önəmlidir. Onun sözlərinə görə, hər 3 ölkənin XİH rəhbərlərindən sonra dövlət başçıları da bir araya gələ bilər: "Bu formatları olduqca uğurlu hesab edirəm. Rusiyanın Krımı işğal etməsi, Ukraynada separatçılığı dəstəkləməsi fonunda Azərbaycan çox ciddi şəkildə öz təhlükəsizliyi haqqında düşünməlidir. Çünki, artıq Rusiyadan müəyyən təhlükələr görünməkdədir. Rəsmi Moskvanın Ukraynaya yönəlik bu siyasətinin ardından xarici vətəndaşlara Rusiya pasportlarının paylanması bizə də müəyyən təhlükələr vəd edir. Ona görə də Azərbaycan öz təhlükəsizliyi haqqında düşünməli və çıxış yolları axtarmalıdır. Çıxış yolu isə strateji müttəfiqlər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsidir. Hazırda Azərbaycan-Türkiyə-Gürcüstan formatı çox uğurla işləyir. Prezidentlərin görüşü çox uğurlu alınıb. Hər üç ölkə arasında ortaq layihələr var. Bu kontekstdə hərbi əməkdaşlığın inkişaf etdirilməsi də arzu ediləndir. Azərbaycan-Türkiyə-Türkmənistan formatı isə bir qədər fərqlidir. Birinci formatda hər üç dövlət arasında müttəfiqlik münasibətləri mövcuddursa, ikinci formatda bir qədər çatışmazlıqlar var. Azərbaycan Türkiyə, Türkiyə isə Türkmənistanla strateji tərəfdaşdır. Bu, öz yerində. Çox təəssüf ki, Azərbaycan və Türkmənistan arasındakı münasibətlərdə müəyyən suallar var. Əslində bu suallara da qısa müddətdə cavab tapmaq mümkündür".

Əli