21 İyul 20:45
BMT-nin İnsan Hüquqları üzrə Ofisi İsrailin Qəzzaya hücumlarını pislədi
Makron yeniyetmələrin sosial mediadan istifadəsinə qadağa qoyduğunu açıqladı
"Kups"un baş məşqçisi: Hələ də şansımızın olduğunu düşünürəm
Azarkeşlərimiz yəqin ki, məyus ayrılırlar - Valdas Dambrauskas
Tramp İranın yeni nüvə obyektinə zərbə endiriləcəyini açıqlayıb
15 Avqust 2025 21:17
3 619
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun (CERF) Məsləhətçi Qrupunun tərkibinə 12 yeni üzv təyin edib.
“Report”un ABŞ bürosu xəbər verir ki, yeni üzvlər arasında Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin (AIDA) direktoru Elməddin Mehdiyev də var.
Digər təyinatlar Kanada, Fil Dişi Sahili, Danimarka, Qambiya, Almaniya, Niderland, Niger, Norveç, Qətər, Cənubi Afrika və İsveçdən olan nümayəndələrdir.
Məsləhətçi Qrup Afrika, Asiya, Avropa, Körfəz, Latın Amerikası və Karib hövzəsi, Şimali Amerika və Okeaniya regionlarını təmsil edən 23 üzvdən ibarətdir. Üzvlər yalnız bir dəfə olmaqla üçillik müddətə təyin olunurlar.
2005-ci ildə BMT Baş Assambleyası tərəfindən təsis olunan Məsləhətçi Qrup Humanitar Məsələlər üzrə Baş katibin müavini və Fövqəladə Yardım Koordinatoru vasitəsilə Baş katibə CERF-nin istifadəsi və təsiri ilə bağlı siyasət tövsiyələri və məsləhətlər verir.
2006-cı ildən bəri CERF 110-dan çox ölkə və ərazilərdə yardım xarakterli 9,2 milyard ABŞ dollarından çox vəsait ayırıb. Bu, 143 üzv dövlət və müşahidəçinin, həmçinin regional hökumətlərin, korporativ donorların, fondların və fərdi şəxslərin töhfələri hesabına mümkün olub.
2025-ci ilin ilk yarısında CERF 24 ölkədə, o cümlədən Əfqanıstanda gözlənilən quraqlıqlar ərəfəsində qabaqlayıcı dəstək göstərmək və İrandan qayıdanların sayının artmasına cavab vermək üçün 214 milyon ABŞ dolları ayırıb. 2025-ci ildə CERF həmçinin 8 ölkədə innovativ iqlimə davamlılıq təşəbbüslərini dəstəkləyib və Qvatemalada quraqlıqların humanitar təsirini azaltmaq üçün 4 milyon ABŞ dolları ayırıb.
21 İyul 22:44
1 568
21 İyul 21:21
1 659
21 İyul 20:50
1 120