Emin Əmrullayev: Saat hesabı maaş sistemindən uzaqlaşmalıyıq
İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb
Azərbaycanlı investorlara Əbu-Dabi Birjasında qarşılıqlı ticarət imkanı yaradılıb
Almaniya İsrailə silah satışına qoyulan məhdudiyyətləri aradan qaldıracaq
Nazir müavini: WTDC25-in Bakıda keçirilməsi Azərbaycanın qlobal nailiyyətlərinə verilən qiymətdir
10 Oktyabr 17:15
4 557
“3+3” regional əməkdaşlıq platformasının növbəti iclası ilin sonuna qədər ya İrəvanda, ya da Bakıda baş tuta bilər.
Bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məlumat verib.
Onun sözlərinə görə, Moskva hazırda növbəlilik prinsipinin razılaşdırılmasına yardım göstərir, çünki həm Ermənistan, həm də Azərbaycan toplantıya ev sahibliyi etməyə hazırdır.
Qeyd edək ki, bu formatda Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyə iştirak edir.
Yayılan bu xəbərlərin ardından heç şübhəsiz ki, diqqətlər Azərbaycan və Ermənistan rəhbərliyinə yönələcək. Çünki hazırda hər iki ölkə arasında hələ də yekun sülh sazişi əldə olunmayıb. Doğrudur, avqustun 8-də Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan rəhbərliyi arasında sülh sənədindən öncəki yekun sənəd-parlaflanma sənədi imzalanıb. Amma yenə də bu məsələlərin tam həlli anlamına gəlmir.
O zaman bir sual meydana çıxır. Əgər “3+3” regional əməkdaşlıq platformasının iclası İrəvana salınarsa, Azərbaycan Prezidenti İlham Əliyev, yaxud da Bakıya salınarsa, Ermənistan baş naziri Nikol Paşinyan iştirak edəcəkmi?
ƏHD Partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlı Musavat.com-a bildirib ki, ƏHD Partiyası 3+3 formatını region üçün ən uyğun əməkdaşlıq platforması sayır:
“Türkiyə, Rusiya, İran, Azərbaycan Ermənistan və Gürcüstan. Bu platforma baş tutsa, həm iqtisadi, həm də siyasi əlaqələrin inkişafına müsbət təsir göstərər. Əlbəttə ki, əsas niyyət birgə əməkdaşlığı gücləndirmək olmalıdır. Moskvanın hazırda növbəlilik prinsipinin razılaşdırılmasına yardım göstərməsə, müsbət haldır. Prinsipcə, həm Azərbaycan, həm də Ermənistan toplantıya ev sahibliyi etməyə hazırdır.
Azərbaycan ev sahibliyi etmiş olsa, Ermənistan rəhbərliyinin tədbirdə iştirakında hər hansı bir təhlükədən söhbət gedə bilməz. Azərbaycan buna təminat da verə bilər. “3+3” platforması tək regionda əməkdaşlığa deyil, həmçinin də sabitliyi təşviq etməyə yönəlməlidir. İclasın harada keçiriləcəyi ciddi önəm daşımamalıdır.
Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmamağına baxmayaraq iştirakda heç bir problem görmürəm. Çünki son 5 ildə Azərbaycan Prezidenti İlham Əliyev bir neçə dəfə Ermənistan baş naziri Paşinyanla görüşlər keçirib. Avqustun 8-də isə ABŞ prezidentinin təşəbbüsü ilə Vaşinqtonda üçtərəfli görüş baş tutub”.