21:12
567
“Bölgədə sülhün davamlı olması üçün təkcə siyasi razılaşmalar yetərli deyil və bu proses mütləq şəkildə institutlaşmalıdır”.
Bu sözləri politoloq Qədir Aslan qeyd edir ki, xalqcebhesi.az-a açıqlaması zamanı deyib.
O qeyd edib ki, sülhün institutlaşması həm dövlət qurumlarının, həm də qeyri-hökumət təşkilatlarının üzərinə ciddi vəzifələr qoyur: “İlk addım dövlətlər arasında diplomatik əlaqələrin tam bərpasıdır. Bu bərpadan sonra sülh prosesinin idarəsi üçün tarixçi, psixoloq, politoloq və sosioloqlardan ibarət xüsusi komissiyanın yaradılması vacibdir. Hər iki tərəfdə rəsmi təbliğat eyniləşdirilməli, toplumlara vahid sülh gündəliyi təqdim edilməlidir”.
O əlavə edib ki, həm Azərbaycanda, həm də Ermənistanda müəyyən qruplar tarixi hadisələri siyasi məqsədlərlə manipulyasiya edir və bunun qarşısı alınmalıdır: “Vahid yanaşma formalaşdıqdan sonra təbliğat mərhələsi ədəbiyyata, incəsənətə və mədəniyyətə ötürülməli, nəticədə xalqlar arasında barış mərhələli şəkildə institutlaşa bilər”.
Günel Elxan