“Tənzilə Rüstəmxanlı: Sülh prosesi başlayıb” Gündəm

“Tənzilə Rüstəmxanlı: Sülh prosesi başlayıb”

“Ermənistan və Azərbaycan arasında sülh sazişinin icrasına başlanması bölgədə yeni siyasi reallığın formalaşmasına xidmət edir”.

Bunu millət vəkili Tənzilə Rüstəmxanlı “Xalqcəbhəsi.az”a açıqlaması zamanı söyləyib.

Onun sözlərinə görə, Qarabağ zəfərindən sonra Azərbaycan artıq öz torpaqlarını işğaldan azad edib və iki xalqın qonşuluq prinsiplərinə uyğun şəkildə sülh və əmin-amanlıq içində yaşaması üçün mühüm addımlar atılır: “Ermənistan tərəfindən də müəyyən müsbət siqnallar görünməkdədir və artıq vətəndaş cəmiyyəti nümayəndələrinin görüşmələri prosesi sürətləndirən vacib amillərdən biridir. Yaxın dövrdə siyasi partiyalar arasında da dialoqun baş tutacağı gözləniləndir və bu, tamamilə normal, yeni regional proseslərin tərkib hissəsidir. Ermənistanda hələ də sülhün alınmaması üçün çalışan, müəyyən dairələrin təsiri altında olan qüvvələr mövcuddur. Buna baxmayaraq, Azərbaycan tərəfi prosesə daha tolerant və anlayışlı yanaşır. Millət vəkili bildirib ki, bölgədə sülhün bərqərar olması üçün həm dövlət, həm də xalq olaraq Azərbaycan ardıcıl addımlar atır”.
Deputat xatırladıv ki, Ermənistanın Azərbaycana qarşı illər boyu həyata keçirdiyi terror və təcavüz — Xocalı soyqırımı və torpaqlarımızın işğalı — xalqımız tərəfindən heç vaxt unudulmayacaq: “Lakin əgər bu gün anlaşma yoluna qədəm qoyulubsa, bu tarixi şansı dəyərləndirmək hər iki xalq üçün vacibdir. Onun sözlərinə görə, 8 avqustda ABŞ-da sülh sazişinin paraflanması dünyanın ən güclü dövlətinin paytaxtında baş tutması baxımından xüsusi siyasi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin ən güclü dövlət başçısının iştirakıifadəsi də sənədin çəkisini daha da artırır”.
Tənzilə Rüstəmxanlı vurğulayıb ki, Azərbaycan hər zaman Qafqazda sabitliyin və sülhün təmin olunması üçün bütün imkanlardan istifadə edib: “İşğal dövründə belə, barışıq üçün masaya oturmağa hazır olub, lakin Ermənistan müxtəlif güclərin təsiri altında bundan yayınırdı. Bu gün isə normallaşma artıq faktiki olaraq başlayıb və Azərbaycan sülhün tam həyata keçməsi üçün üzərinə düşən öhdəlikləri ardıcıl şəkildə yerinə yetirməkdə qərarlıdır”.

Günel Elxan