18:41
539
Bu gün Avropa Parlamentinin Ukrayna üzrə qəbul etdiyi qətnamədə gələcək sülh sazişinin Ukraynaya NATO-nun Vaşinqton müqaviləsinin 5-ci maddəsi səviyyəsində təhlükəsizlik zəmanətləri təqdim etməsini, aqressiya və hərbi cinayətlərə görə təqsirkarların məsuliyyətə cəlb edilməsini, həmçinin Rusiyanı Ukraynaya vurduğu bütün ziyanı kompensasiya etməyə məcbur edilməsini tələb edir.
Bu barədə "Evropeyskaya Pravda" məlumat yayıb.
Qətnamədə qeyd olunur ki, hər bir sülh razılaşması Ukraynanın suverenliyinə və ərazi bütövlüyünü müdafiə etmək imkanına xələl gətirməməli, həmçinin Ukraynanın öz siyasi və təhlükəsizlik ittifaqlarını Rusiyanın hər hansı veto tələbi olmadan sərbəst müəyyən etmək hüququnu təmin etməlidir.
Sənəddə bildirilib ki, davamlı sülh razılaşmasından əvvəl tam atəşkəs təmin olunmalıdır və Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri Aİ tərəfindən heç vaxt Rusiya ərazisi kimi tanınmayacaq.
Avropa Parlamenti üzv dövlətləri dondurulmuş Rusiya aktivləri hesabına “reparasiya krediti” mexanizmini tez bir zamanda qəbul etməyə çağırıb. Qətnaməyə əsasən, Aİ-nin Rusiyaya qarşı sanksiyaları yalnız Ukrayna ilə sülh sazişi tam şəkildə razılaşdırıldıqdan və icra olunduqdan sonra aradan qaldırıla bilər.
17:54
693
17:25
1 155
16:53
763