22:06
483
Ukrayna Prezidenti Volodimir Zelenski Cenevrədə müşavirlər səviyyəsində keçirilən görüşlərdən sonra yaranmış diplomatik vəziyyəti Niderlandın Baş naziri Dik Sxofla müzakirə edib.
Bu barədə dövlət başçısı sosial şəbəkələrdə məlumat verib.
Görüş zamanı tərəflər “istəklilər koalisiyasının” toplantısından sonra formalaşan diplomatik dinamikanı və Cenevrə danışıqlarının nəticələrini dəyərləndiriblər.
“Ümid edirik ki, bütün tərəfdaşlarla konstruktiv əməkdaşlıq mövcud sülh təşəbbüslərinin reallaşmasına təkan verəcək. Bizim işimiz hər zaman olduğu kimi, maksimal dərəcədə məzmunlu olacaq”, - Zelenski bildirib.
Ukrayna lideri həmçinin ölkənin müdafiəsi və mülki infrastrukturun qorunması üçün ehtiyaclar barədə Niderland hökumət başçısını məlumatlandırıb.
21:34
812
20:59
833
20:39
791