Venesuelada zəlzələdən sonra yeni yeraltı təkanlar gözlənilir Gündəm

Venesuelada zəlzələdən sonra yeni yeraltı təkanlar gözlənilir

Venesuelada baş vermiş zəlzələdən sonra yaxın günlərdə 5 maqnitudaya yaxın afterşoklar qeydə alına bilər.

Xalqcebhesi.az xəbər verir ki, bunu Venesuela Geoloqlar Cəmiyyətinin rəhbəri Felisiano de Santis bəyan edib.
"El Universal" qəzetinin məlumatına görə, ekspert izah edib ki, bu təkanların ardınca daha az intensivliyə malik digər seysmik rəqslər də baş verə bilər və bu, güclü zəlzələlərdən sonra adi haldır.

Geoloqlar cəmiyyətinin rəhbəri bunun təbiət hadisəsi olduğunu xatırladıb və vətəndaşları qarşılıqlı yardımlaşmaya çağırıb. "Hazırkı məqamda ehtiyacı olanlara kömək etmək üçün hamımız həmrəylik və böyük vətənpərvərlik nümayiş etdirməliyik", — deyə nəşr mütəxəssisin sözlərindən sitat gətirib.

Məryəm Quliyeva