“Rusiya və İrana qarşı sanksiyaların tətbiqi düzgün olsa da…” Siyasət

“Rusiya və İrana qarşı sanksiyaların tətbiqi düzgün olsa da…”

Piter Teys: "Türkiyəyə qarşı eyni münasibət düzgün deyil"

"Azərbaycan hökumətinin təşəbbüsü ilə icra olunan Trans Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsi regional və strateji əhəmiyyətlidir, Avropa ölkələrinə, o cümlədən İtaliyaya fayda gətirəcək". Bunu ABŞ-dan olan politoloq, Viskonsin Market Universitetinin professoru Piter Teys deyib. O, ABŞ-ın Rusiya, İran və Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların TAP-a mümkün təsirləri barədə də danışıb: "Rusiya və İrana qarşı sanksiyaların tətbiqi düzgün olsa da, Türkiyəyə qarşı eyni münasibət düzgün deyil. Bununla belə, bu ölkələrə qarşı sanskiyaların TAP-a təsiri olmayacaq. Sadəcə qaz kəmərinin bəzi hissələrinin inşası ləngiyə bilər. TAP-ın geosiyasi əhəmiyyəti artmaqdadır və rəsmi Vaşınqton bu layihəyə dəstək verir".