“Ermənistanın öz milli maraqlarını beynəlxalq hüquqdan üstün tutmaq cəhdi fiaskoya uğradı” Siyasət

“Ermənistanın öz milli maraqlarını beynəlxalq hüquqdan üstün tutmaq cəhdi fiaskoya uğradı”

Aydın Mirzəzadə: "Olay göstərdi ki, Ermənistanın beynəlxalq təşkliatlarda nüfuzu aşağıdır"

Ermənistan xarici siyasətində növbəti uğursuzluğa düçar oldu. Noyabrın 8-də Qazaxıstanın paytaxtı Astana şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkliatının (KTMT) növbəti sammitinə çoxlarının diqqəti yönəlmişdi. Gündəlikdə bir sıra məsələlərlə yanaşı təşkliatın boşalan baş katib vəzifəsinə seçkilər də nəzərdə tutulmuşdu. Vəzifəni rotasiya ilə Ermənistan nümayəndəsi Yuri Xaçaturov tuturdu. Ancaq öz ölkəsində onun adı ağır cinayətlərdə keçdiyinə görə təşkliat onu vəzifəsindən vaxtından əvvəl azad etməli oldu. Ermənistan onun rotasiya müddətinə düşən və istifadə edilməmiş bir il müddətinə öz nümayəndəsini seçməyi təklif edirdi. Ancaq sammit başqa qərara gəldi. Ermənistanın bütün səylərinə baxmayaraq növbəti erməni generalı baş katib ola bilmədi". Bu fikirləri millət vəkili Aydın Mirzəzadə səsləndirib. Onun sözlərinə görə, məsələnin həlli sonraya saxlanılsa da əsas motiv bir ilə yeni baş katibin layiqincə işləyə bilməməsi oldu. Millət vəkili qeyd edib ki, Ermənistan beş müttəfiq dövləti öz arqumentinə inandıra bilmədi: "Ermənistanın öz milli maraqlarını beynəlxalq hüquqdan üstün tutmaq cəhdi fiaskoya uğradı. Olay göstərdi ki, Ermənistanın beynəlxalq təşkliatlarda nüfuzu aşağıdır, onun prinsipial xətti ümumi maraqların əksinə gedir. Bu belə də olmalı idi. Əsas məsələ cinayətkar hakimiyyəti dəyişməkdən başqa, həm də onun siyasi xəttini dəyişməkdir. Ermənistan isə bunu etməyə çəkinir. Deməli, Ermənistanın ümummilli böhranı daha da dərinləşəcəkdir". Bu arada işğalçı ölkədə cərəyan edən daxili proseslərə də diqqət çəkən Aydın Mirzəzadə Ermənistan vitse-spikeri Eduard Şarmazanovun çox ciddi etirafına da toxunub. Bildirib ki, işğalçı ölkənin daxilində də Paşinyanın xarici siyasətdəki uğursuz addımlarından gileylənirlər: "Ermənistan parlamentinin müxalifətdən olan vitse-spikeri Eduard Şarmazanov baş nazir Nikol Paşinyanı Ermənistan üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatlnda baş katib postunu qoruyub saxlaya bilməməkdə ittiham edib. Sonra isə diqqətiçəkən bir etiraf edib. "Korrupsiya ilə mübarizə aparmaq olar, amma bunu Ermənistan və Qarabağın təhlükəsizliyi hesabına etməyin ". Şarzamanov eyni zamanda keçmiş prezident Serj Sərkisyanın ən yaxın adamlarından hesab edilir, həm də onun sədrlik etdiyi Respublikaçılar Partiyasının mətbuat katibidir. Hələ də canı və kiriminal hakimiyyəti müdafiə edən vitse-spiker özü də bilmədən çox ciddi etiraflar edib. Birincisi, demə Ermənistan üçün beynəlxalq hüquq və nizamnıməsini imzaladığı təşkliatların qaydaları üstün deyil. O istənilən yolla hansısa bir mövqeni zorla öz əlində saxlamağa çalışmalıdır. Yaxşı ki, hələ Astanada Ermənistandan niyə vaxtı ilə baş katibliyə canı generalın namizədliyinin verdiklərinin sorğusunu etmədilər. İkincisi isə, Şarzamanov Sərkisyan zamanında ölkədə korrupsiya olduğunu axır ki, etiraf etdi. Və ciddiyyətlə bildirir ki, əsas Ermənistandır, korrupsiya ilə mübarizə deyil. Ancaq, korrupsiyanı saxlamaqla dövləti necə qurmağın mümkün olduğunu demədi". Millət vəkili onu da qeyd edib ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan üzərində istintaq işi gedir, digər prezident Serj Sərkisyan biabırçılıqla vəzifədən qovuldu, bir generalı Yuri Xaçaturov yüksək vəzifədən çıxarılaraq istintaqa cəlb edilir, digəri Jirayr Səfilyana Ermənistan vətəndaşlığı verilmədi. Əslində onlar ya Qarabağ döyüşlərində Azərbaycan əsgərinin gülləsinə tuş gəlməli, ya da Azərbayan məhkəməsi qarşısında dayanmalı idilər. Çünki, torpaqlarımızın işğal olunmasında, vətəndaşlarımızın öz torpaqlarından qovulmasında, Xocalı və digər faciələrin törədilməsində onların hər biri şəxsən iştirak etmişdilər, əlləri qan içindədir. Amma, görünür tarixin öz ədalət qaydaları var. Bir xalqa qarşı cinayət törədənlər öz xalqını xoşbəxt edə bilməzdilər. Cinayət edən isə nə vaxtsa
mütləq cəzasını alır".