Kərkükdən Bakıya nümayəndə heyəti gələcək Siyasət

Kərkükdən Bakıya nümayəndə heyəti gələcək

15 may

28 May Respublika Günü ilə bağlı Bakıda keçiriləcək tədbirlərdə iştirak etmək məqsədilə İraqın Kərkük şəhərindən Bakıya nümayəndə heyəti gələcək.
Nümayəndə heyətinin rəhbəri Dr. Turqut Hürmüzlünün verdiyi məlumata görə, mayın 23-də kərküklü soydaşlarımız Bakıda olacaqlar, bir sıra rəsmi və qeyri-rəsmi görüşlər keçirəcəklər, media mənsubları ilə bir araya gələcəklər, 28 May respublika günü ilə bağlı payxatda keçiriləcək tədbirlərə qatılacaqlar.
Nümayəndə heyətinə İraq Türkmən Cəbhəsinin mətbuat müşaviri, Türkmən Media Birliyinin başqanı Dr. Turqut Hürmüzlü, Türkmən İctimai Birliklərinin başqanı Mardin Gökkaya, Türkmən Təhsil şöbəsinin rəhbəri Dr. Usama Kamali, İraq Türkmən Cəbhəsi Siyasi və Araşdırma Mərkəzinin başqanı Cihat Avcı və "Türkməneli" qəzetinin yazarı, yazıçı və şair Cumhur Kerküklü daxildir.