“Əməyin Mühafizəsi Fondu qondarma, mənasız, işləməyən bir qurumdur” Siyasət

“Əməyin Mühafizəsi Fondu qondarma, mənasız, işləməyən bir qurumdur”

Qüdrət Həsənquliyev: “Hər bir müəssisənin vəzifəsidir ki, əməyin mühafisəzisini təşkil eləsin və bunun üçün vəsait ayırsın”

“Mənim təklifim texniki xarakterlidir. Mülki Məcəllənin 152-ci maddəsinə görə mülkiyyət hüququ özündə sahiblik, sərəncam və istifadə hüququnu ehtiva edir”. Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında Mülki Məcəlləyə edilən dəyişikliyə fikir bildirərkən dedi. Millət vəkili əlavə edib ki, burada mülkiyyət və istifadə hüququ işlənməməlidir: “Ona görə də, təklif edirəm ki, burada - 851-ci maddədə qeyd olunsun-sahiblik, istifadə və ya icarə hüququ əsasında nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxslər”.

BAXCP sədri onu da bildirdi ki, Azərbaycan Milli Elmlər Aakademiyasının Tarix İnstitutu Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə dövlət tarix və mədəniyyət qoruğu elan olunmuş Keşikçi Dağ Monastr Kompleksi ilə bağlı elmi cəhətdən sanballı bəyanatla çıxış edib:”Bilirsiniz ki, Gürcüstanda müəyyən ekstremist dairələr bu komplekslə bağlı iddialar irəli sürürlər”.

Millət vəkili sanballı bəyanata görə həm AMEA, həm də Tarix İnstitutunun Elmi Şurasına öz minnətdarlığını ifadə etdi.

Qüdrət Həsənquliyev “Yol hərkəti haqqında” və Notariat haqqında” qanuna edilən dəyişikliklə bağlı da fikirlərini bölüşdü: “Komitə iclasında razılaşdırılmış, qəbul olunmuş məsələ indi müzakirəyə çıxarılır. Amma baxırıq ki, komitə iclasında qeyd olunan texniki məsələ ilə bağlı düzəliş edilməyib. Bizim dilimizdə, hüquq ədəbiyyatında, hüquq terminalogiyasında 53-cü maddədə “cəza vermə, cəza tətbiq etmə, tənbeh etmə” deyə, qeyd olunur. Burada, özü də düzəlişdə tənbeh vermə kimi yazılır. Amma biz heç bir zaman tənbeh vermə ifadəsini işlətmirik. Mən də bu məsələni komitə iclasında qaldırdım və razılaşdıq ki, tənbeh vermə ifadəsi düzgün deyil, bu fomada qeyd etmək olmaz. Cəza vermə, cəza tətbiq etmə olar. Amma burada yenə də tənbeh vermə kimi qeyd olunub”.

Millət vəkili “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” qanunlara dəyişiklik edilməsi ilə bağlı da təkliflərini səsləndirdi: “Dövlət rüsumu haqqında” qanunun 32-1.1-ci maddəsində qeyd edilir ki, məktəbəqədər təhsil müəssisələri üçün 3 min manat, 32-1.2-ci maddədə ümumtəhsil müəssisələri və 32-1.3 madədə də bir daha qeyd edilir ki, məktəbdənkənar təhsil müəssisələri üçün lisenziya 7 min manatdır. Ancaq biz Vergilər Məcəlləsinə müvafiq əlavə və dəyişikliklər etdik. Bilirik ki, Azərbaycanda birinci sinifə gedən şagirdlərin hamısı məktəbəqədər təhsillə əhatə olunmur”.

Millət vəkili bildirdi ki, məhz buna görə də məktəbəqədər təhsil müəssisələri vergidən azaddır: “Əgər biz həmin müəssisələri vergidən azad etmişiksə, məktəbəqədər təhsil müəssisələri üçün 3 min manar rüsum həddən artıq çoxdur. O cümlədən məktəbdənkənar təhsil müəssisələri üçün də 7 min manat böyük rəqəmdir. Mən ümumiyyətlə, məktəbəqədər təhsil müəssisələrinin bu rüsumlardan azad edilməsinin tərəfdarıyam və onu təklif edirəm. Burada simvolik olaraq 1-2 manat nəzərdə tutmaq olar. Ona görə ki, Azərbaycanda buna çox böyük ehtiyac var”.

Millət vəkili vurğuladı ki, dəfələrlə məktəbəqədər təhsil müəssisələri açan iş adamlarına torpaq sahələri ayrılması və belə müəssisələrin açılması üçün güzəştli kreditlər verilməsi haqda çağırışlar edib: “İndi ölkə üçün vacib olan məktəbəqədər təhsil üçün lisenziyanın 3 min manat olması çox böyük rəqəmdir”.

Əmək Məcəlləsinə edilən dəyişikliklə bağlı da danışan millət vəkili dedi:”Burada məsələlər onunla bağlıdır ki, dövlət büdcəsindən ayırmalar, Əməyin Mühafizəsi Fonduna müəssisələrin mənfəətindən ayırmalar olmayacaq və s. Qeyd olunur ki, ancaq müəssisələr vətəndaşların könüllü ödəmələri və başqa ödəmələr hesabına təşkil olunacaq. Hadi Rəcəbli izah versəydi, çox yaxşı olardı ki, başqa ödəmələr deyəndə nə nəzərdə tutulur? Yəni bu fonda başqa ödəmələr nədən ibarət olacaq? İkincisi, burada qeyd olunan vətəndaşların könüllü ödəmələri ilə bağlıdır. Hansı vətəndaş mülkiyyət növündən asılı olmayaraq - xüsusi mülkiyyət, bələdiyyə mülkiyyəti, dövlət mülkiyyəti olsun fərqi yoxdur – hansısa müəssisəyə işçilərinin mühafizəsini yaxşı təmin etmk üçün pul verəcək? Bu qeyri-realdır. Bunun faktiki olaraq qanunvericiliyə daxil edilməsinin mənası başa düşülmür. Ona görə ki, 5-ci bənddə qeyd olunur ki, müəssisədə Əməyin Mühafizəsi Fondunun vəsaiti yalnız işçilərin əmək şəraitinin və təhlükəsizliyinin normativ tələblərə çatdırılması və ya müəssisədə mövcud olan əməyin mühafizəsi səviyyəsinin yüksəldilməsi tədbirlərində istifadə edilə bilər. Bu da hər bir sahibkarın vəzifəsi, borcudur ki, Konstitusiyanın tələblərinə uyğun olaraq əməyin mühafizəsini təşkil eləsin. Ona görə də təklif edirəm ki, Əməyin Mühafizəsi Fondu qondarma, mənasız, işləməyən bir qurumdur. Bunu çıxarmaq lazımdır. Onsuz da hər bir müəssisənin vəzifəsidir ki, əməyin mühafisəzisini təşkil eləsin və bunun üçün vəsait ayırsın. Əgər bu olmasa əmək təhlükəsizliyi ilə məşğul olan dövlət qurumları tərəfindən həmin müəssisənin fəaliyyəti dayandırılmalıdır. Ona görə də, 221-ci maddənin Əmək Məcəlləsindən çıxarılmasını təkilf edirəm”.

Qüdrət Həsənquliyev “Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliyin müzakirəsi zamanı da çıxış etdi: “Burada 12-ci maddəyə dəyişiklik edilir, 2.3-cü bənd əlavə olunur. Amma ondan əvvəl 2-1-ci maddədə qeyd olunur ki, yol hərəkəti hansı hallarda müvəqqəti məhdudlaşdırıla bilər və hərəkət ümumiyyətlə, qadağan oluna bilər. Burada qeyd olunur ki, dini ektremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda. Amma mən hesab edirəm ki, bu müddəa genişləndirilməlidir. Cinayətkarların tutulması ilə əlaqədar olaraq da yol bağlana bilər. Biz demək olar hər günm eşidirik ki, Amerika Birləşmiş Ştatlarında hansısa xəstə girir hansısa məktəbə və uşaqları qətlə yetirir.

Bilirsiniz ki, orada avtomat silahlar açıq satışdadır və xalq nə qədər tələb etsə də Milli Tüfəng Asossiasiyası siyasətçilərə təsir edir və onlar silahların məhdudlaşdırılması haqqında qanun qəbul edə bilmirlər. Həmin zaman polis gəlir və güllələrin başqalarına da dəyməməsi üçün məktəbin ətrafında bütün yolları bağlayırlar. Şükür Allaha Azərbaycanda sabitlikdir, belə hadisələr olmur. Amma tutaq ki, polis bir cinayətkarın arxasınca gedir, cinayətkar da silahlıdır və qaçıb haradasa gizlənib. Deməli həmin yol bağlanmaldır. Həmin yolun bağlanması üçün əməliyyat dini ekstremizm əleyhinə xüsusi əməliyyat adlandırılmaldır? Bəlkə heç həmin cinayətkar dindar deyil, psixopatdır, manyakdır və s. Ona görə də, xahiş edirəm ki, 2-1-ci maddəyə diqqət yetirək və əlavə edək ki, cinayətkarların tutulması zamanı, hansısa mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirilərkən də yollar bağlana bilər. Bundan başqa 2.3-cü maddə ilə bağlı da fikirlərimi bölüşmək istəyirəm. Yəqin ki, bu səlahiyyət Daxili İşlər Nazirliyinə veriləcək. Burada qeyd olunur ki, nəqliyyat vasitələrinin hərəkəti mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda... Bakıda Formila1 yarışı keçirilir və mən o yarışı izləyirəm. Hesab edirəm ki, Azərbaycanda bu tipli mötəbər beynəlxalq idman tədbirləri keçirilməldir. Amma birinci həmin tədbir ümumiyyətlə, Bakıda keçirilməməlidir. Bakı meqapolisdir, burada 3 milyondan çox insan yaşayır. Küçələr dardır və insanlar uzun müddət əziyyət çəkirlər. Azərbaycanın tanıdılmasına görə, öz vətəndaşlarımızı bu qədər incitməməliyik. Bu, Bakı qran-prisi deyil, Azərbaycan qran-prisidir. Ona görə də təklif edirəm ki, məsələn, bu yarışları Naxçıvanda keçirək. Naxçıvan şəhərində həm nəqliyyat sıx deyil, həm də Naxşıvanın tanıdılmasına və büdcəsinə əlavə pul gəlməsinə xidmət edə bilər. Əgər Naxçıvan uzaqdısa, Gəncədə keçirsinlər. Amma bu yarışları Bakıdan çıxarmaq lazımdır. Yəni xalqın istəyinə, münasibətinə, davranışına diqqət yetirilməlidir. İkincisi, Konstitusiya Məhkəməsi ilə qoşa qala qapısı arasındakı 8-ci döngə ən təhlükəli döngə adlandırılır. Bütün ekspertlər bu barədə danışırlar. Məsələn, xaricdə belə yarışlar zamanı görürük ki, avtomobil bir-birnə toxunaraq 5 metr göyə qalxır, 10 metr uçub kənara düşür. Burada da belə bir hal baş verə və avtomobil Qoşa Qala qapısına çırpıla bilər. Yəni tarixi abidənin yanında bu yarışın təşkil eidlməsi də düzgün deyil. Məsələn, Daxili İşlər Nazirliyinin və yaxud Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyəti olacaqmı ki, tarxi abidələrə zərər vermə təhlükəsinə görə nəqliyyatın hərəkətini dayandıra bilsin?”

Əli