“APDNŞ və digər dövlət müəssisələrinə xarici ölkələrə investisiya yatırması qadağan olunmalıdır” Siyasət

“APDNŞ və digər dövlət müəssisələrinə xarici ölkələrə investisiya yatırması qadağan olunmalıdır”

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətinin verdiyi məlumata görə, iclasda ictimai-siyasi vəziyyət, eyni zamanda, xarici ölkələrə investisiya qoyulması məsələsi də müzakirə olunub.

BAXCP hesab edir ki, ölkədə yeni iş yerlərinin açılması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və digər dövlət müəssisələrinə xarici ölkələrə investisiya yatırması qadağan olunmalıdır:”Azərbaycanda işçi qüvvəsinin ucuz olması həmin müəssisələrə daha çox gəlir gətirə bilər”.

BAXCP xarici dövlətlərdə bazarın böyük olması iddiasını da əsassız hesab edir:” Türkiyə və Rusiya kimi ölkələr Azərbaycanla qonşu olduğu üçün hazır məhsulun ixracı zamanı daşıma xərcləri əhəmiyyətli olmayacaqdır. Azərbaycanlıların xarici ölkələrdə iş axtardığı bir vaxtda milyardlarla vəsait hesabına həmin ölkələrdə yeni iş yerləri açmaq heç bir məntiqə sığmır”.