BAXCP sədri Şeyxə qarşı hücumları pislədi Siyasət

BAXCP sədri Şeyxə qarşı hücumları pislədi

Qüdrət Həsənquliyev: "Allahşükür Paşazadənin Qafqaz xalqları arasında və bütün islam aləmində yüksək nufuza malik olması ilk növbədə bizim uğurumuzdur"

Son zamanlar bəzi dairələr Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə bağlı böhtan xarakterli məlumatlar yayır, onu İranla işbirliyində ittiham edirlər. Məsələ ilə bağlı Baymedia-ya açıqlama verən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev bu ittihamların tamamilə əsassız olduğunu bildirdi. BAXCP sədri Şeyxülislamın Azərbaycanın milli və dövlət maraqlarını hər zaman üstün tutan, məzhəblər və konfessiyalar arasında uğurlu balans yarada bilən, xurafatdan uzaq və tolerant bir din xadimi olduğunu vurğuladı: "Allahşükür Paşazadə kimi bir din xadiminin Qafqaz Müsəlmanları İdarəsinə rəhbərlik etməsi, onun Qafqaz xalqları arasında və bütün islam aləmində yüksək nufuza malik olması ilk növbədə bizim uğurumuzdur. Bu baxımdan, hər birimiz onun nüfuzunun daha da yüksəldilməsində maraqlı olmalı və bu işə öz töhfəmizi verməliyik". Qüdrət Həsənquliyev Şeyxülislamın fəaliyyətini yüksək qiymətləndirdiyini, bu fəaliyyətin ölkəmizdə və bütün Qafqazda tolerant dini münasibətlərin qorunub saxlanılmasındamühüm rol oynadığını qeyd edib və Şeyxə qarşı hücumları qətiyyətlə pislədiyini bildirib.