“Vasitəçilərin  və ermənilərin istəyi danışıqların sonsuzluğadək davam etməsidir” Siyasət

“Vasitəçilərin  və ermənilərin istəyi danışıqların sonsuzluğadək davam etməsidir”

Üzeyir Cəfərov: “Bu da Azərbaycanın maraqlarına cavab vermir”

“Qarabağ münaqişəsinin həllində aparılan mənasız danışıqlara son vermək lazımdır. Azərbaycan 2019-cu ilin sonuna kimi ATƏT-in Misnk Qrupunun həmsədrlərinə vaxt verməlidir ki, danışıqlar prosesində hər hansı irəliləyiş olmasa, Azərbaycan danışıqlar prosesini dayanadıracağı barədə mövqe sərgiləməlidir”. Bunu hərbi ekspert Üzeyir Cəfərov bildirib. Onun sözlərinə görə, Qarabağ münaqişəsi adı altında təşkil edilən görüşlərdə hər şeydən danışılır, ancaq əsas məsələ olan torpaqların işğaldan azad olunmasından, ermənilərin işğalçılıq siyasətinə son verilməsində yox: “Bunu nəticəsidir ki, 25 ildən artıq aparılan danışıqlar prosesində hər hansı irəliləyişə nail olunmayıb. Vasitəçilərin və ermənilərin istəyi danışıqların sonsuzluğadək davam etməsidir ki, bu da Azərbaycanın maraqlarına cavab vermir”.
Ekspert hesab edir ki, BMT TŞ-nin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı 4 qətnaməsinin olduğu halda danışıqların bu qədər davam etməsinin heş bir mənası yoxdur: “Mən bu məntiqi anlaya bilmirəm. Ona görə də də dəflərlə dediyim fikri bir daha təkrarlayıram. Azərbaycan vasitəçilər və beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmalaıdır ki, 2019-cu ilin sonunadək danışqlar prosesində hər hansı ciddi irəliləyiş olmayacaqsa, danışıqlar prosesi dayandırılmalıdır. Axı bu danışıqlar nə verib? Bu müddət ərzində şəhidlərimiz olub. Bəli, olub. Mülki vətənaşaların təhlükəsizliy təmin olunub? Yox, olmayıb. Əgər belədirsə, bu danışıqların nə mənası var?! Son dövlərdə də mənasız monitorinqlər dəbə düşüb. Bu monitorinqlər bizə nə verir ki?.. Gəlin özümüz-özümüzü aldatmayaq. Çünki danışıqlar prosesi uğrulu sonluğa gətirib çıxarmayacaq və dünyada belə bir praktika da mövcud deyil”- ekspert bildirib. Ü.Cəfərov əlavə edib ki, burada yeganə söz sahibi və nəticə əldə edə biləcək qüvvə Azərbaycan Ordusudur: “Azərbaycan Ordusu da hazır vəziyyətdədir və əmr gözləyir. Necə ki, 2016-cı ildə Azərbaycan Ordusu dünyanın diqqətini Qarabağa cəlb etdisə, yenə də sözü odu deməlidir. Bundan başqa yol görmürəm. Ona görə ki, ermənilərin torpaqları qaytarmaq niyyəti yoxdur. Onları danışıqlar prosesində işğalçılıq siyasətinə son vermək və buna razı salmaq üçün yeganə güc Azərbaycan Ordusudur”.