22 İyul 2019 11:47
4 333
Fransa Azərbaycana silah satan yeganə həmsədr ölkə deyil, bunu Rusiya da edir. Bununla belə, Rusiya Ermənistana da silah verir. Fransanın Azərbaycana silah satması qəbuledilməzdir. Bu məsələ ətrafında bizim Fransa hökumətiylə konfliktimiz var.
Bunu “Tert.am” saytına açıqlamasında Fransanın Erməni Təşkilatları Koordinasiya Şurasının həmsədri, “Nouvelles d’Arménie” qəzetinin baş redaktoru Ara Toranyan deyib. Onun sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makron erməni diasporuna Azərbaycana Qarabağda istifadə edəcəyi silah satmayacağı vədini verib:
“Hazırda əsas məsələ bu vədin icrasıdır. Biz bütün informasiya mənbələrimizdən prosesi izləmək üçün istifadə edirik. Makronun vədinin həyata keçməsi üçün işləməliyik”.
17:31
623
17:29
623
17:01
665