11 İyul 18:36
İspaniyaya məğlubiyyətdən sonra De Bruynedən gələcəyi ilə bağlı açıqlama
Ukrayna Donetsk bölgəsində Rusiya təlim poliqonuna zərbə endirib
İlham Əliyev: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
13 Sentyabr 2019 18:14
2 303
Türkiyənin İstanbul şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) təşkilatçılığı ilə Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimat mərasimi keçirilib.
Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev bildirib ki, 2018-ci ilin iyulun 6-da Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Azərbaycan Diasporuna Dəstək Fondunun əsas məqsədi Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etməkdən ibarətdir.
O, ölkədə lobbiçilik fəaliyyətinin, dünya azərbaycanlılarının müstəqil Azərbaycan dövləti və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifi olan ümummilli lider Heydər Əliyevin bünövrəsini qoyduğu ənənənin bu gün də davam etdirildiyini bildirib.
Valeh Hacıyev Azərbaycanın hüdudlarından kənarda ölkəmizi yüksək səviyyədə təmsil edən həmvətənlərimizin uğurlarından danışıb. Qeyd edilib ki, Azərbaycan və Türkiyənin tarixində baş verənlərin istər ictimai, istərsə də sosial şəbəkələrdə dünya ictimaiyyətinə çatdırılması istiqamətində işlərin artırılması vacibdir.
Tədbirdə Fondun təqdimatı ilə bağlı videoçarx nümayiş etdirilib və Fondun internet səhifəsi təqdim olunub.
Tədbir iştirakçılarına Fonda muraciət formaları haqqında geniş məlumatlar verilib.
Sonda DİDK-nın nümayəndələri tədbir iştirakçılarının suallarını cavablandırıb.
11 İyul 20:34
1 519
11 İyul 20:33
1 106
11 İyul 20:32
1 540