“ABŞ Ermənistanın iki şirkətinə sanksiyalar tətbiq edib” Siyasət

“ABŞ Ermənistanın iki şirkətinə sanksiyalar tətbiq edib”

Məhəmməd Əsədullazadə: “İrəvanın siyasəti Vaşinqton tərəfindən birmənalı şəkildə qarşılanmayacaq”

“ABŞ-ın Ermənistan hakimiyyətinə ciddi siyasi-iqtisadi dəstək verəcəyini Paşinyan ilk əvvəldən gözləyirdi. Amma ABŞ-ın heç bir təlimatını reallaşdırmayan Paşinyana bu dəstək verilmədi. Hətta Paşinyanın Trampla görüş istəyi Vaşinqton tərəfindən qəbul edilmir”. Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, məhz buna görə Ermənistan XİN rəhbəri Mnatsakanyan İranı ABŞ dan vacib ölkə sayır: “Məhz ABŞ İran amilinə görə Ermənistanın iki şirkətinə sanksiyalar tətbiq edib. Hesab edirəm ki, İrəvanın bu siyasəti Vaşinqton tərəfindən birmənalı şəkildə qarşılanmayacaq. İran bu gun ABŞ-ın qara siyahısındadır. Bu qara siyahıda olan dövlətlə əməkdaşlığı inkişaf etdirmək mutləq Ağ Ev tərəfindən sanksiyalarla üzləşəcək. Bu gun regionda destiblizasiyaya xidmət edən İran işğalçı Ermənistanla əməkdaşlığı qarşılıqlı olaraq davam etdirirsə, bu sülhə və təhlükəsizliyə ziddir. ABŞ- da məhz təhlükəsizlik səbəblərinə görə İrana sanksiyalar tətbiq edir ki, nüvə və digər ölkələrdə vəkalət müharibəsindən çəkinsin. Göründüyü kimi Ermənistan ABŞ-ın siyasətinə qarşı İranla birgə cəbhədədir”.