Dövlət başçısı: Bu günədək Azərbaycan ərazisi ilə Ermənistana 28 min ton yük çatdırılıb
Ermənistan lideri: Azərbaycanla sülhün möhkəmləndirilməsi üzərində işləyirik
Prezident: Azərbaycan və Ermənistan artıq sülhün praktik faydalarını görür
Paşinyan: 2028-ci ildə Aİ-nin Azərbaycandakı sammitinə qatılacağıma ümid edirəm
7 Oktyabr 2019 17:13
4 571
Avropa İttifaqı, Rusiya, Çin kimi böyük geosiyasi güc mərkəzləri arasında dialoqun qurulmasında Azərbaycan, Belarus və Özbəkistan platform olaraq mühüm rol oynaya bilər.
“Report” “BelTA”ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Belarusdakı səfiri Dmitriy Mezentsev “Minsk dialoqu” forumunda Avropada təhlükəsizliyin gələcəyinə dair gənc siyasətçilərin məruzəsini şərh edərkən bildirib.
Belə ki, sənəd müəlliflərinin fikrincə, Belarus, Azərbaycan və Özbəkistan müasir dövrdə Avrasiya inteqrasiyası prosesi dərinləşdikcə Avropa İttifaqı, Rusiya, Çin arasında qarşılıqlı fəaliyyətləri yoluna qoymaq iqtidarında olan mühüm hub olaraq yeni rol icra etməyə başlamalıdır.
“Belə rol ikitərəfli münasibətlərin ümumi konteksində, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqda əksini tapsa, bunu yalnız alqışlamaq olar”, - deyən rusiyalı diplomat ABŞ-ın mövqeyini də nəzərə almağın zəruriliyini qeyd edib.