Noyabrda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan komissiyasının iclası keçiriləcək Siyasət

Noyabrda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan komissiyasının iclası keçiriləcək

Bu ilin noyabrında iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan komissiyasının iclası keçiriləcək.
Bunu Azərbaycana səfərinin yekunlarından danışan Gürcüstan Baş naziri Georgi Qaxariya deyib.
O, Azərbaycanla Gürcüstan arasındakı tərəfdaşlığı vurğulayıb:
“Bildiyiniz kimi, ölkələrimiz arasında əməkdaşlıq təkcə ikitərəfli deyil, həm də regional xarakter daşıyır”.
G.Qaxariyanın sözlərinə görə, ölkələr arasında konkret addımlar planlaşdırılıb və noyabr ayında iqtisadi əməkdaşlıq komissiyasının iclası keçiriləcək:
“Bu komissiyanın iclası son 10 ildə keçirilməyib. Bu tədbir iqtisadi əməkdaşlığımızın genişləndirilməsi və təkmilləşməsi üçün fundamental və səmərəli vasitədir”.