Millət vəkilləri Serbiyaya gediblər Siyasət

Millət vəkilləri Serbiyaya gediblər

Millət vəkilləri Şahin İsmayılov, Kamran Bayramov, Sona Əliyeva və Kamran Nəbizadə Serbiyada səfərdədirlər. Millət vəkilləri Belqradda keçiriləcək Parlamentlərarası İttifaqın 141-ci Assambleyasında iştirak edəcəklər. Toplantıda “Beynəlxalq hüququn möhkəmləndirilməsində parlamentlərin rolu və mümkün mexanizmlər, regional əməkdaşlığın töhfəsi”, “Cenevrə Konvensiyaları – son 70 il ərzində baş vermiş silahlı münaqişələr zamanı insanların təhlükəsizliyi və müdafiəsi” mövzularında müzakirələr aparılacaq.
Tədbir çərçivəsində qurumun Demokratiya və İnsan haqları, Dayanıqlı inkişaf, Maliyyə və Ticarət, Sülh və Beynəlxalq Təhlükəsizlik daimi komitələrinin iclasları, habelə Qadın Parlamentarların Forumu keçiriləcək.
Deputatlar yığıncaqlarda müzakirə olunacaq məsələlər barədə öz fikirlərini bildirəcəklər.
Səfər oktyabrın 18-də başa çatacaq.