Prezidentlər yenidən görüşəcəklər? Siyasət

Prezidentlər yenidən görüşəcəklər?

Britaniyalı ekspertə görə, Rusiya rəsmi Bakı və İrəvanla danışıqların II mərhələsini təşkil edəcək

Rusiya yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentləri ilə danışıqların ikinci mərhələsini təşkil edəcək, belə ki, rəsmi Moskva Qarabağ probleminin həlli üzrə danışıqlar prosesində çox şeyə nail olmalıdır.
Ermənistan mətbuatına istinadla verdiyi xəbərə görə, bunu avqustun 10-da Soçidə baş tutan üçtərəfli görüşün yekunlarını analiz edən Britaniyanın Müstəqil araşdırmalar və münaqişələrin analizi mərkəzinin direktoru Kristofer Lenqton bildirib.
Onun sözlərinə əsasən, Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya dövlət başçısı Vladimir Putinlə danışığının yeganə ciddi nəticəsi növbəti danışıqların aparılmasının zəruriliyi barədə anlaşmadır: "Azərbaycan və Ermənistan prezidentlərinin münaqişənin hərbi yolla həllini mümkünsüz saymalarını qeyd etmək lazımdır. Bu nəticələri nəzərə almaqla, Soçidəki görüşün pozitiv addm olduğunu söyləmək olar və bu, müəyyən mənada elə belədir. Bununla belə, konkret təkliflər və praktiki fəaliyyətdən ibarət növbəti görüşlər olmadan Soçi görüşü Bakı və İrəvan hökumətləri üçün itirilmiş daha bir imkan ola bilər."
Britaniyalı ekspertin fikrincə, Qarabağ münaqişəsinin hökm sürdüyü zonada sülh rejiminin pozulmasının intensivliyi zəifləyəcək.