HP Naxçıvanın 2026-cı il üzrə büdcə layihəsinin təhlilinə dair auditor hesabatı hazırlayıb
Kürdlər Hələbdə Suriya ordusunun mövqelərinə zərbələr endiriblər
Venesuelanın 600.000-ə qədər Bitcoin "Kölgə Ehtiyatı" olduğu aşkar edilib
Qazaxda evdə partlayış olub, xəsarət alan var - VİDEO - FOTO
Azərbaycan beynəlxalq maliyyə institutlarına ayırmaları 17% artırır
28 Noyabr 2019 12:51
2 093
Mən də mətbuatdan belə xəbərlər eşidirəm, bəzi jurnalistlər mənim də məsələyə reaksiyamı öyrənməyə çalışır. Amma mən hakim Yeni Azərbaycan Partiyasının rəsmi qərarını gözləməyi məsləhət görürəm.
Bu fikirləri Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclasında hakim partiyanın parlamentdəki deputatlarının geri çağırılması barədə qərar qəbul olunması haqda yayılan xəbərləri şərh edərkən deyib.
Partiya sədri təklif edib ki, bu gün saat 15:00-a qədər səbrli olaq: “Bəli, bu barədə xəbərlər yayılır. Ancaq mən YAP-ın rəsmi mövqeyi açılanmadan bu məsələyə dair fikir bildirməyi məqbul hesab etmirəm. Bu gün müəyyən edilən saatda YAP-ın rəsmi mövqeyi açıqlanacaq. Ondan sonra veriləcək qərar ətrafında fikir mübadiləsi aparmaq olar”.