“Növbədənkənar parlament seçkilərinin keçirilməsini dəstəkləyirik” Siyasət

“Növbədənkənar parlament seçkilərinin keçirilməsini dəstəkləyirik”

Qüdrət Həsənquliyev: “Həm iqtidar, həm də parlamentdəki digər müxalifət partiyaları olaraq xalq qarşısında məsuliyyət daşıyırıq”

“Əli Hüseynov qeyd etdi ki, bu seçkilər həm də iqtidara bir etimad seçkisidir. Əlbəttə mən bu fikirlələ tam razıyam. Hesab edirəm ki, iqtidar nüfuzunun yüksək olduğu dövrdə seçkilərə gedir. Bu da başadüşüləndir”.
Bu fikirləri Milli Məclisin iclasında çıxış edən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev səsləndirib. Millət vəkili əlavə edib ki, ənənəvi “fit müxalifəti” ermənipərəst xarici dairələrin və yerli mafioz qrupların tapşırığı ilə iqtidarla qarşıdurma yolu seçərək razılaşdırılmamış aksiyaya getdi və bunun nəticəsində də onlar ciddi xəyal qırıqlığına uğradılar, özlərini ifşa etdilər: “O düşərgənin liderinin qorxudan gözlərinin hədəqədən çıxmasaının ekranlarda nümayiş etdirilməsi onun tərəfdarlarında da ciddi ruh düşkünlüyü yaratdı. Əgər belə bir qarşıdurma varsa və bu qarşıdurmadan qalib çıxan iqtidar partiyasıdır. Sözsüz ki, iqtidar partiyası bundan həm də siyasi məqsədləri üçün istifadə etməliydi və edir”.
BAXCP sədri “amma biz sağlam və konstruktiv müxalifət olaraq, növbədənkənar parlament seçkilərinin keçirilməsini dəstəkləyirik”, - deyə fikrini davam etdirib: “Hesab edirəm, bu, həm də sağlam müxalifət üçün bir şansdır ki, parlamentdəki yerlərini artırsın. Mən hər zaman söyləmişəm, parlamentin çatışmayan cəhəti burada müxalifət fraksiyasının olmamasıdır. Oqtay müəllim, sizə və parlamentin rəhbərliyinə də təşəkkürümü bildirirəm. Biz birgə işləmişik. Əlbəttə burada hakim partiyanın üzvləri, yaxud hakim partiyanın dəstəyi ilə seçilən bitərəflər hökmətin fəaliyyətinə qarşı çıxmayacaqdılar... Ancaq büdcə müzakirələrində, hökumətin hesabatında nöqsanlar barədə hesab edirəm ki, həmkarlarım kifayət qədər danışıblar. Məsələnin hüquqi tərəfi barədə bir neçə kəlmə söyləmək istəyirəm. Konstitusiyanın Azərbaycan dövləti adlanan 7-ci maddəsinin 4-cü hissəsində deyilir ki, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildilər. Konstitusiyanın 89-cu maddəsinin 5-ci bəndinə görə də deputat mandatdan imtina edə bilər. Eyni zamanda konstitusiyamızın 87-ci maddəsinin 3-cü hissəsinə görə Milli Məclisin 83 deputatı səlahiyyətli olduqda parlament səlahiyyətli hesab olunur. Konstitusiyanın 93-cı maddəsinin 4-cü hissəsinə görə, biz icra və məhkəmə hakimiyyətinə konkret tapşırıqlar nəzərdə tutan qərarlar qəbul edə bilmərik. Mən nəyi təklif edirəm? Əlbəttə ideyanı dəstəkləməklə yanaşı bildirmək istəyirəm ki, həm iqtidar, həm də parlamentdəki digər müxalifət partiyaları olaraq xalq qarşısında məsuliyyət daşıyırıq. Ölkədə sabah elə bir vəziyyət yarana bilər ki, hərbi vəziyyət, fövqəladə vəziyyət elan oluna, ordudan öz təyinatına uyğun olmayan məqsədlə daxildə istifadə edilə, müharibə elan oluna bilər. Bu hallarda konstitusiyaya görə mütləq parlamentin müdaxiləsi tələb olunur. Ona görə də parlamentarilərin səlahiyyətləri yeni seçiləcək millət vəkillərinin səlahiyyətləri təsdiq olunan günə qədər davam etməlidir. Bunun üçün də mən hesab edirəm ki, biz prezident üçün məcburi olan qərar qəbul edə bilmərik ki, siz növbədənkənar seçki təyin edin. Yəni konstitusiya bunu bizə qadağan edir. Bunun üçün biz nə edə bilərik? Biz hakim partiyanın, bizim hər birimizin niyyətini Azərbaycan Respublikasının prezidentinə çatdırmalıyıq və xahiş etməliyik ki - tutaq ki, 3 aydan sonra millət vəkilləri öz səlahiyyətlərini dayandıracaqlar, yəni istefa verəcəklər. Artıq elə vəziyyət yaranacaq ki, parlament öz vəzifələrini icra edə bilməyəcək - ona görə də xahiş edirik ki, bunu nəzərə alıb öncədən yeni seçkilər təyin edəsiniz. Yəni konstitusiyanın 98-1 maddəsinə görə, Milli Məclis öz funksiyalarını yerinə yetirə bilməyəndə bu halda yeni seçkilər təyin oluna bilər. Mən hesab edirəm ki, belə bir müraciətlə biz cənab Prezidentə müraciət eləməliyik və burada da heç bir hüquqi problem görmürəm. Bəzi hallarda mətbuatda oxuyuruq ki, guya hansısa hüquqi problemlər var. Əlbəttə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı Konstitusiyada hər hansı bir prosedur nəzərdə tutulmayıb. Amma dünyanın hər yerində qəbul olunmuş bir məsələ var ki, parlament çoxluğu istənilən vaxt, özünə etimad məqsədilə, həm də hansısa böhran yarandıqda, yaxud digər məsələləri əsas götürərək növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü ilə çıxış edə bilər. Hesab edirəm ki, bizim də bu səlahiyyətlərimiz var. Mən konstitusiyanın müvafiq maddələrini sadaladım...”.

Əli