“Ruslar Azərbaycanın AİB və KTMT tərkibində olmasını arzulayırlar” Siyasət

“Ruslar Azərbaycanın AİB və KTMT tərkibində olmasını arzulayırlar”

“Azərbaycanın nəinki Avrasiya İqtisadi Birliyi, həmçinin KTMT-yə üzv olması Rusiyanın xarici siyasət sahəsində ən böyük arzularından biridir”.
Bunu İrəvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin Siyasi İnstitutlar və Proseslər kafedrasının müdiri, erməni professor Qarik Keryan deyib.
Onun sözlərinə görə, Qarabağ münaqişəsinin həlli hər zaman Rusiyanın diqqət mərkəzində olub.
“Qarabağ münaqişəsinin həllinin hər zaman Rusiyanın diqqət mərkəzində olması yenilik deyil, lakin bu 25 il ərzində biz hər zaman bu istiqamətdə rus diplomatiyasının həm aktivliyini, həm də passivliyini görmüşük. Əlbəttə, bu, müəyyən geosiyasi proseslərlə, habelə problemlə məşğul olan Minsk qrupunun həmsədr dövlətlərinin mövqeləri ilə əlaqəli olub”, - deyə Keryan bildirib.
O bildirib ki, Azərbaycanın Avrasiya İqtisadi Birliyi və KTMT-yə üzv olması Rusiyanın ən böyük arzularından biridir.
“Ruslar Azərbaycanın Avrasiya İqtisadi Birliyi və KTMT tərkibində olmasını arzulayırlar. Bu halda Cənubi Qafqazda halqa bağlanır və yalnız Gürcüstan kəlbətinlərdə qalır. Bundan sonra Gürcüstan məsələsini həll edə bilərlər. Lakin Azərbaycanda çox əzmkar və uzaqgörən insanlar oturub, onlar klassik türk inadkarlığı ənənəsini davam etdirirlər və bunun qiyməti Qarabağ olacaq”, - deyə erməni professor bildirib.