İspaniyaya məğlubiyyətdən sonra De Bruynedən gələcəyi ilə bağlı açıqlama
Ukrayna Donetsk bölgəsində Rusiya təlim poliqonuna zərbə endirib
İlham Əliyev: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
16 Dekabr 2019 17:11
2 947
ABŞ-da nəşr olunan “U. S. News & World Report” jurnalı 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinqini açıqlayıb.
Pensilvaniya Universitetinin “BAV Group i Wharton School” Qrupunun analitikləri tərəfindən tərtib edilən reytinq siyahısı ABŞ-ın ən nüfuzlu siyasi nəşrlərinin birinin saytında dərc edilib.
Siyahı tərtib edilərkən ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi, habelə beynəlxalq təşkilatlara üzvlük və iştirakı daxil olmaqla bir sıra amillər nəzərə alınıb.
Siyahıda Azərbaycan 45-ci yerdə qərarlaşıb.
Ölkəmiz cari ildə əldə etdiyi uğurlara görə bir neçə Avropa ölkəsini - Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geridə qoyub.
80 ölkə arasında iqtisadiyyatı ən güclü dövlət olan ABŞ liderliyini qoruyub, (ÜDM – 19,4 trilyon dollar), Rusiya ikinci yerdə (1,6 trilyon dollar), Çin ilk üçlüyü (12,2 trilyon dollar), İlk onluğa Almaniya, İngiltərə, Fransa, Yaponiya, İsrail, Səudiyyə Ərəbistanı və Cənubi Koreya daxildir.
Reytinqə həmçinin MDB ölkələri daxildir: Belarus, 35-ci yer (54,4 milyard dollar, Ukrayna, 39-cu (112,2 milyard dollar) və Qazaxıstan, 43-cü (159.4 milyard dollar).
80 ölkə siyahısında son yerləri Litva (76-cı yer, ÜDM – 47,2 milyard dollar), Slovakiya (77, 95,8 milyard dollar), Sloveniya (78, 48.8 milyard dollar), Latviya (79-cu, 30.3 milyard dollar) və Estoniya (80, 25,9 milyard dollar) tutur.
20:34
931
20:33
882
20:32
945