15 Yanvar 15:09
15 Yanvar 14:21
31 Yanvar 2020 15:23
3 948
"2020-ci il fevral ayının 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) silsilə maarifləndirmə tədbirlərini həyata keçirilir". Bunu Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədov deyib.
İ.Məmmədov bildirib ki, bu tədbirlərdən biri də MSK-nın Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə maarifləndirmə tədbiri olan "Azərbaycan Polisinin Seçkilərdə rolu, Hüquq və Vəzifələri" mövzusunda keçirilən regional tədbirlərdir. Respublikanın müxtəlif rayonlarında keçirilmiş tədbirlərin son mərhələsi olaraq bu gün Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasında Bakı şəhərində fəaliyyət göstərən rayon polis orqanlarının və müvafiq Dairə Seçki Komissiyalarının birgə maarifləndirmə tədbiridir".
İ.Məmmədov vurğulayıb ki, Bu tədbirdə qarşımızda duran problemlərin müzakirəsi, seçki zamanı ortaya çıxan problemlərin həlli yolları və ümumilikdə götürdükdə polis orqanlarının seçkilərdə səsvermədən öncə, səsvermə günü və səsvermədən sonrakı olan funksiyalarının müzakirə edilməsidir. Tədbirin sonunda da müvafiq suallar cavablandırılacaq. Bugünkü tədbirdə ATƏT-in Beynəlxalq Müşahidəçilər Missiyasının nümayəndələri də iştirak edirlər və eyni zamanda onlarla birlikdə bu mövzuda beynəlxalq təcrübələrin Respublikamızda tətbiqi mövzusu da müzakirə olunacaq".
15 Yanvar 17:09
1 092
15 Yanvar 16:46
1 148
15 Yanvar 15:23
1 344