Kamil Vəliyə daha bir cavab Siyasət

Kamil Vəliyə daha bir cavab

Niyaməddin Orduxanlı: "Kamil Vəli Nərimanoğlu, Əkrəm Əylisli və Cəmil Həsənli eyni xarakterli adamlardı"

AXCP sədrinin müavini Kamil Vəli Nərimanoğlunun müxalifəti təhqir etməsinə dair yazısına daha bir cavab gəlib. BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı mətbuata acıqlamasında Kamil Vəli Nərimanoğlunü "ikiüzlü adam" adlandırıb: "Bu adam utanmadan 65 yaşında özünü düşük yerinə qoyub. Əli Kərimlinin əl buyruqçusu olub. Özü də yaxşı bilir ki, 1993-cü ildə Kamil Vəli Heydər Əliyevin keçirdiyi müşavirədə yaltağ sifəti ilə başını əyəndə Əli Kərimli Kəlikidə onun haqqında hansı təhqirləri edirmiş. Əbülfəz bəy hakmiyyətdən gedəndən sonra bu adam yeganə adam olub ki, prezident Əbülfəz Elçibəyin "istefa ver" çağrışına əməl etməyib. O vaxt bu adam baş nazırın müavni vəzifəsini daşıyırmış. Ancaq bütün yaltaqlığına baxmayaraq mərhum Heydər Əliyev bu adamı vəzifəsindən qovdu. AzTV-nin arxivində bu yaltağın kadları var. Kim istəsə götürüb baxa bilər. Guya bu adam BAXCP sədri Qüdrət Həsənquliyevə cavab verib. Bu adam Qüdrət bəyin bununla bağlı dediyi faktların heç birini təkzib etməyib. Qüdrət bəy deyib ki, indi müavin olduğun Əli Kərimlini bir neçə il bundan qabaq "YeniMüsavat" qəzetində təhqir edib "zurnaçı" adlandıran, prezident Əbülfəz Elçibəyin çağırışına əhəmiyyət verməyən, Heydər Əliyevə yaltağlanan olmamısan?! Olmayıb bu hadisələr? İndi bir qrup gənc ola bilsin ki bu faktları bilməsin, ancaq buna şahidlik edən xeyli sayda insan var. Kamil Vəli, sənin əsl simanı bu gənclər də bilməlidir. Özünü "qəhrəman" kimi bu gənclərə sırıma. Elə sənin sədrin Əli Kərimli də vaxti ilə Heydər Əliyevə yalvarırdı ki, onu hansısa bir ölkəyə səfir göndərsin. Kim də bilməsə , Əli Kərimli dəqiq bilir ki, Əbülfəz Elçibəy haqqında ən iyrənc sözləri ona sən demisən və o da bunları mətbuatda dərc etdirib. Əli Kərimlinin sahib olduğu "Məkan" qəzetində Əbülfəz Elçəbəylə bağlı gedən o yazıları sən demişdin, Əli Kərimliyə! Yadına düşdü?".
Niyaməddin Orduxanlı Kamil Vəlinin unversitetdə işlədiyi dövrdə məşhur ləqəb sahibi olduğunu da xatırladıb: "Həmin illərdə oxuyan tələbələr yaxşı bilir ki, Kamil Vəliyə hansı əməlinə görə ləqəb qoymuşdular. Doğurdan da elə o-san! Özü və bunun ləqəbini bilən adamlar başa yaxşı başa düşür nə dediyimi. İndi sən mənəviyyatdan danışırsan?! Kamil Vəli hakmiyyət gəlmək üçün istənilən addımı atmağa hazır olan insanlardandır. Özünü müxalifət adalandırır. Sən maraq müxalifətisən. Zorən müxalifətçilik edirsən".
BAXCP sədrinin müavini qeyd edib ki, Kamil Vəli Nərimanoğlu, Əkrəm Əylisli və Cəmil Həsənli eyni xarakterli adamlardır.