29 Aprel 12:43
29 Aprel 12:35
Pentaqon Minabda qızlar məktəbinin vurulması ilə bağlı araşdırmanı davam etdirir
Mir Cəlal Paşayevin doğum gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib
Pentaqon: ABŞ Ukrayna ordusuna kəşfiyyat məlumatı verməyə davam edir
ABŞ-ın müharibə naziri ilə Adam Smit arasında İranla bağlı gərgin müzakirə aparılıb
2 İyul 2020 15:13
2 681
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
"Hörmətli Vladimir Vladimiroviç.
Rusiya Federasiyasının Konstitusiyasına dəyişikliklərin bəyənilməsi məsələsinə dair ümumrusiya səsverməsinin uğurla başa çatması münasibətilə Sizi və Sizin şəxsinizdə dost Rusiya xalqını səmimi qəlbdən təbrik edirəm.
Səsvermənin yekunları Sizə yüksək etimadı bir daha təsdiq edir, Rusiyanın hüquqi sosial dövlət kimi bundan sonra da inkişafına yönəlmiş kursunuzun xalq tərəfindən güclü dəstəklənməsinə dəlalət edir. Şübhəsiz, yenilənmiş Konstitusiya Rusiya Federasiyasının tarixində keyfiyyətcə yeni mərhələnin başlanmasının rəmzidir. Əminəm ki, Konstitusiya islahatı Rusiyanın artan inkişafına və onun vətəndaşlarının rifahının yüksəlməsinə şərait yaradacaq.
Fürsətdən istifadə edib, Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq ruhunda yüksək səviyyəsini bir daha vurğulamaq istərdim. İnanıram ki, ölkələrimiz arasında möhkəm dostluq və mehriban qonşuluq əlaqələri xalqlarımızın rifahı naminə çoxplanlı qarşılıqlı fəaliyyətin genişlənməsi üçün etibarlı təməldir.
Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı və Rusiya dövlətçiliyinin möhkəmləndirilməsi işində yeni uğurlar, dost Rusiya xalqına firavanlıq və əmin-amanlıq arzu edirəm".
29 Aprel 18:25
1 344
29 Aprel 18:24
1 134
29 Aprel 18:24
1 330