BƏƏ İranı Körfəz ölkələrinə təzminat ödəməyə çağırdı
29 Mart 15:32
29 Mart 15:32
29 Mart 15:22
29 Mart 14:01
17 İyul 2020 16:37
1 771
Almaniyanın bir neçə böyük şəhərində Azərbaycan Ordusuna dəstək aksiyaları baş tutacaq.
Bu ölkədə yaşayan həmvətənlərimiz Azərbaycan Ordusuna dəstək olduqlarını ifadə etmək, eyni zamanda, Qarabağ həqiqətləri və Ermənistanın illərdir davam etdirdiyi işğalçı siyasətinə diqqəti çəkmək üçün toplaşacaqlar.
Almaniyada yaşayan həmvətənlərimizdən verilən məlumata görə, artıq Berlin, Düsseldorf və Köln kimi böyük şəhərlərin rəhbərliyi aksiya və həmrəylik yürüşü ilə bağlı müraciətə müsbət cavab verib.
Həmvətənlərimizin Azərbaycan Ordusuna dəstək aksiyaları Düsseldorf şəhərində iyulun 18-i dəmiryolu vağzalının qarşısında həmrəylik yürüşü şəklində, iyulun 19-u Köln şəhərində kafedralın, iyulun 20-i isə, paytaxt Berlində Ermənistan səfirliyinin qarşısında baş tutacaq.
Aksiyalarda Almaniyada yaşayan Azərbaycan və Türkiyə vətəndaşlarının kütləvi iştirakı gözlənilir.
27 Mart 16:52
2 163
27 Mart 11:53
2 380
27 Mart 11:39
2 492