Prezident İlham Əliyev Esvatini Kralının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
ABŞ Birinci Süvari Diviziyasının hissələrini Polşaya köçürür
Prezident İlham Əliyev Keniya Prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Prezident İlham Əliyev Pakistanın Pəncab əyalətinin Baş nazirini qəbul edib
21 İyul 2020 19:21
2 275
"Xüsusi karantin rejiminin tələblərini pozan 195 minə yaxın şəxs barəsində inzibati məsuliyyət tədbirləri görülüb".
Bunu Daxili İşlər Nazirliyində 2020-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans formatında Kollegiya iclasında Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov deyib.
Nazir bildirib ki, ölkədə tətbiq olunmuş xüsusi karantin rejiminə riayət olunmasına nəzarət tədbirləri çərçivəsində yoluxanların karantinə yerləşdirildiyi 35 şəhər və rayon üzrə 62 xəstəxananın və digər obyektlərin sutkalıq mühafizəsi davam etdirilib.
V. Eyvazov qeyd edib ki, xüsusi karantin rejiminin tələblərini pozan 195 minə yaxın şəxs haqqında inzibati məsuliyyət tədbirləri görülüb, onlardan 788 nəfəri həbs edilib, 193 560 nəfər, o cümlədən tibbi maskadan istifadə etmədiklərinə görə 17 820 nəfər cərimələnib.
11:31
518
11:30
504
11:30
539