 
                
                Polşa Avropa İttifaqından çıxmaq imkanını qəbul edib
31 Oktyabr 17:08
 
                
                31 Oktyabr 17:08
 
                
                31 Oktyabr 16:39
 30 İyul  2020 21:26
30 İyul  2020 21:26 2 464
2 464
Dövlətin səyləri ilə bərabər, həkimlərin fəaliyyətindən çox şey asılıdır, onların rolu həlledicidir.
Bunu Prezident İlham Əliyev iyulun 29-da Şəkidə modul tipli xəstəxana ilə tanışlıqdan sonra həkimlərlə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Baxmayaraq, vəziyyət nəzarət altındadır, - həkimlər bunu yaxşı bilirlər, - ancaq koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Biz bu virusla yaşamalı olacağıq. Ona görə, bizim ənənəvi həyat tərzimizə əlavə olunan məqamlar gərək müəyyən müddət qüvvədə olsun: məsafə saxlamaq, şəxsi gigiyena məsələləri və əlbəttə ki, məsuliyyət. Hesab edirəm ki, biz birgə səylərlə bu vəziyyətdən az itkilərlə çıxacağıq. Yenə də deyirəm, bu günə qədər gördüyümüz işlər nəticəsində vəziyyət tam nəzarət altındadır. Biz bundan sonra da xəstəliklə mübarizə aparmaq üçün nə lazımdırsa, onu da edəcəyik. Biz istənilən iqtisadi məhrumiyyətlərə dözərək əsas məsələni həll edəcəyik.
Əlbəttə ki, dövlətin səyləri ilə bərabər, həkimlərin fəaliyyətindən çox şey asılıdır, onların rolu həlledicidir. Siz daim xəstələrlə təmasdasınız, öz sağlamlığınızı, həyatınızı risk altına qoyursunuz. Əfsuslar olsun ki, həkimlər arasında ölənlərin sayı artır. Biz bu vəziyyətdən ancaq birgə səylərlə çıxa bilərik - dövlət orqanlarının məsuliyyəti, həkimlərin peşəkarlığı, onların öz andına sadiqliyi və vətəndaşların məsuliyyəti. Biz bu vəziyyətdən birgə səylərlə çıxmalıyıq. Əminəm ki, belə də olacaq. Sizə uğurlar arzulayıram. Xəstələrə yaxşı baxın. Özünüzü, yaxınlarınızı yaxşı qoruyun. Çalışın, xəstələnməyin. Sizə cansağlığı, uğurlar arzulayıram. Sizi bir daha təbrik edirəm".
 31 Oktyabr 20:42
31 Oktyabr 20:42 1 029
1 029 31 Oktyabr 20:26
31 Oktyabr 20:26 980
980 31 Oktyabr 20:25
31 Oktyabr 20:25 1 050
1 050 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
        
         
                     
                     
                     
                    