“Siqaret satışına ciddi nəzarət olmalıdır”
13 Yanvar 19:20
13 Yanvar 19:20
13 Yanvar 18:56
13 Yanvar 17:06
13 Yanvar 16:27
Suriyada axtarışda olan cinayətkarlar SDQ sıralarına qoşulur
ABŞ federal hökumətinin büdcəsi dekabr ayında 145 milyard dollar kəsir göstərib
Polşa Qrenlandiya məsələsində Aİ, Danimarka və ABŞ arasında vasitəçilik etmək niyyətindədir
Britaniya 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edə bilər
Şərurda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
21 Sentyabr 2020 17:10
1 687
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın və ya hər hansı bir digər dövlətin təxribatçı fəaliyyətini dəstəkləmir.
Bunu ATƏT Minsk qrupunun amerikalı sabiq həmsədri Metyu Brayza deyib.
O bildirib ki, KTMT müdafiə xarakterli hərbi alyansdır:
“Fikrimcə, KTMT Ermənistan hücuma məruz qalmadığı təqdirdə heç bir ssenaridə hər hansı bir rol oynamayacaq. Çünki, KTMT müdafiə xarakterli hərbi alyansdır, burada hər bir üzv dövlət hücuma məruz qalan istənilən üzv dövlətin köməyinə gəlmək öhdəliyi daşıyır. Əgər Ermənistan hər hansı hərbi əməliyyatlara başlasa, KTMT bu məsələyə qatılmayacaq. Rusiya da KTMT-nin digər üzvləri kimi Ermənistanın və ya hər hansı bir digər dövlətin təxribatçı fəaliyyətini dəstəkləmir. Ermənistan tək və dəstəksizdir”.
M.Brayza qeyd edib ki, Ermənistan hökuməti təkcə “Qarabağ Ermənistandır” kimi fikirlər deyil, həm də Azərbaycana qarşı mümkün hərbi əməliyyatlar barədə də çox təxribatçı bəyanatlar səsləndirir:
“Bu, əlbəttə ki, Ermənistanın ATƏT Minsk qrupu çərçivəsində beynəlxalq səviyyədə qəbul olunmuş öhdəliklərinə ziddir. Bu, sadəcə Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən hansısa ümidsizliyi əks etdirir. Paşinyanın təxribatçı bəyanatlarına senytabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyev çox kəskin cavab verdi. Rusiya KİV-ləri Prezident İlham Əliyevin açıqlamalarını yayımlayıb, amma Ermənistan tərəfinin cavabını dərc etməyib ki, bu da qeyri-adi haldır. Hesab edirəm ki, Rusiya Ermənistanın addımlarının qəbuledilməz olduğu və bu gün danışıqlar çərçivəsindən çıxdığı ilə razılaşır”.
13 Yanvar 20:18
1 141
13 Yanvar 20:17
1 190
13 Yanvar 19:20
1 134