Ərdoğan: Ermənistan bu dəfə çox ağır cavab aldı Siyasət

Ərdoğan: Ermənistan bu dəfə çox ağır cavab aldı

İşğal etdiyi ərazilərdən çəkilməyən Ermənistan bununla kifayətlənməyərək növbəti dəfə Azərbaycana hücum etdi, amma bu dəfə çox ağır cavab aldı, Azərbaycan uğurlu əks hücum əməliyyatları başlatdı.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı deyib.

Ərdoğan bildirib ki, Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olacaqdır: "İnşallah bu əməliyyatlar işğal olunmuş bütün topraqlar azad olunanadək davam edəcək".