Livanda iki jurnalist İsrailin PUA hücumunda həlak olub
28 Mart 16:56
28 Mart 16:56
3 Oktyabr 2020 11:14
1 218
Ermənistan Baş Nazirinin müavini Mher Qriqoryan Moskvaya səfərə gedib.
APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, M. Qriqoryanın səfərinin rəsmən rusiyalı həmkarı Aleksey Overçukla görüş olduğu bildirilsə də, əslində o, başqa məqsədlə Rusiyaya gedib.
Ermənistana məxsus mülki təyyarə ilə Moskvaya gedən M. Qriqoryan bu təyyarəyə silah-sursat yükləyərək onu Gürcüstanın hava məkanı üzərindən Ermənistana gətirməyə çalışır.
Qeyd edək ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatının müəyyən etdiyi qaydalara və Beynəlxalq Mülki Aviasiya Konvensiyasına əsasən, mülki təyyarələrdə silah daşınması qanunla qadağandır. APA-nın Rusiya bürosu bununla bağlı Rusiya Xarici İşlər və Müdafiə nazirliklərinə sorğu ünvanlayır.
27 Mart 16:52
1 589
27 Mart 11:53
1 806
27 Mart 11:39
1 918