
İran-ABŞ diplomatik təmasları:nəticə olacaqmı?
2 İyul 23:55
2 İyul 23:55
2 İyul 23:40
2 İyul 15:48
Azərbaycannın mülki əhalisinin və mülki obyektlərin Ermənistan tərəfindən atəşə tutulması müharibə cinayətidir.
Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyev qeyd edib ki, Ermənistan tərəfi əslinə öz acizliyini və zəifliyini göstərir. O bildirib ki, Azərbaycan ordusu qarşısında aciz qalan Ermənisan xaincəsinə mülki əhalini atəşə tutur.
PA rəsmisi bildirib ki, Ermənistan Azərbaycanın mülki əhalisini Ermənistanın öz ərazisindən də atəşə tutur. H.Hacıyev bildirib ki, burada Ermənistanın məqsədi münaqişənin miqyasını genişləndirmək və digər beynəlxalq təşkilatları da münaqişəyə cəlb etməkdir. O bildirib ki, Azərbaycan legitim hərbi hədəflərə yönəlməklə ermənilərə adekvat cavab verir və onların hərbi obyektləri ordumuzun dəqiq atəşləri ilə məhv edilir.
H.Hacıyev əlavə edib ki, ermənilər xarici jurnalistləri yığaraq şou düzəldirlər, dünyaya yalan məlumatlar verməyə çalışırlar.
H.Hacıyev vurğulayıb ki, ermənilər mülki əhalini atəşə tutmaqla heç nəyə nail ola bilməyəcəklər: “Azərbaycan xalqının əzmi yüksəkdir və hər kəs Azərbaycanın Ali Baş Komandanı ətrafında sıx birləşib. Azərbaycan torpaqları işğaldan azad edilməyənə qədər biz mübarizəmizi davam etdirəcəyik”.
H.Hacıyev əlavə edib ki, ermənilərin Azərbaycanın mülki əhalisinə qarşı cinayətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacaq.