Britaniyalı sabiq deputat: “Ermənistanın zorakılıqları ATƏT-in Minsk Qrupunun uğursuz fəaliyyətinin sübutudur” Siyasət

Britaniyalı sabiq deputat: “Ermənistanın zorakılıqları ATƏT-in Minsk Qrupunun uğursuz fəaliyyətinin sübutudur”

“Son 26 ildə Ermənistan tərəfindən müxtəlif fasilələrlə baş verən zorakılıqlar ATƏT-in Minsk Qrupunun uğursuz fəaliyyətinin sübutudur”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Böyük Britaniya Lordlar Palatasının üzvü, sabiq deputat Lord Con Kilclooney deyib.

“Bu mənim üçün təəccüblü deyil, çünki Rusiya Ermənistanla müdafiə müqaviləsi imzalayıb və Ermənistanda Rusiyanın iki hərbi bazası fəaliyyət göstərir. Fransaya gəldikdə isə onun tərəfkeşliyi çoxdan hamıya bəllidir. Onun antiTürkiyə siyasəti Azərbaycana da aiddir”, - deyə C. Kilclooney bildirib.

Qubaya səfəri zamanı iki sinaqoqu ziyarət etdiyini xatırladan C. Kilclooney qeyd edib ki, yəhudi icması Azərbaycan əhalisi ilə eyni imkanlara sahibdir.

“Bu, Dağlıq Qarabağda yaşayan erməni icması üçün də keçərlidir”, - deyə o vurğulayıb.