3 Oktyabr 17:04
08:17
385
Asiya-Sakit okean regionunun fond bazarlarında əsas indekslər üzrə əsasən müsbət dinamika müşahidə olunub.
“APA-Economics” xəbər verir ki, Yaponiyanın “Nikkei 225” indeksi 1 728,15 bənd və ya 2,53% artaraq 70 037,61 bəndə, “TOPIX” indeksi isə 47,57 bənd və ya 1,16% yüksələrək 4 138,57 bəndə çatıb.
Honq-Konqun “Hang Seng” indeksi 68,47 bənd və ya 0,29% azalaraq 23 903,82 bəndə düşüb. Avstraliyanın “S&P/ASX 200” indeksi 0,13% artaraq 8 693,50 bənd təşkil edib. Çinin “CSI 300” indeksi üzrə son göstərici sentyabrın 30-na aiddir.
Asiya bazarlarına əsas dəstəyi ABŞ-da sentyabr üzrə məşğulluğun gözləniləndən xeyli zəif artması verib. Bu göstəricidən sonra FED-in oktyabrda faiz dərəcəsini yenidən artıracağına dair gözləntilər əhəmiyyətli dərəcədə zəifləyib. Yaponiyada isə alışların güclənməsi fonunda “Nikkei 225” regionun əsas indeksləri arasında ən böyük artım nümayiş etdirib.
08:17
420
3 Oktyabr 10:22
1 092
3 Oktyabr 10:21
1 169