Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
"Ədalət, şəffaflıq və ictimai nəzarət uğrunda fəaliyyətimizi davam etdirəcəyik” - QHT sədri
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
23 Oktyabr 2020 13:46
2 226
ATƏT-in Minsk Qrupu zamanında səmərəli və operativ işləsəydi, yəqin ki, vəziyyət bu yerə gəlib çıxmazdı. Bu qurumun son 28 ildə sərgilədiyi fəaliyyət nə birbaşa, nə də dolayı formada xüsusi cəhdlərlə, addımlarla yadda qaldı. Halbuki həmin müddətdə Ermənistana ciddi təzyiqlər olunmalı idi, erməni qəsbkarlardan BMT-nin qətnamələrinə, Beynəlxalq hüququn prinsiplərinə, Konvensiya müddəalarına əməl etmələri tələb olunmalı idi.
Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.
Deputat bildirib ki, fəqət, bunların heç biri baş vermədi: "Əvəzində proses uzadıldı və ermənilər o qədər həddlərini aşdılar ki, artıq cəbhə boyunca təxribatlar yaratdılar, ordumuza hücum etdilər. Təbii, bu vəziyyətdə Azərbaycan əks-hücum taktikası seçərək düşmənə öz yerini göstərməli idi və göstərir. Qəhrəman ordumuz və bu ordunun Ali Baş Komandanı, cənab İlham Əliyev Ermənistana və onun himayədarlarına anlatdı ki, kimsə bizim torpaqlarımızı əbədi işğal altında saxlaya bilməz, bu torpaqlar bizimdir və bizə qayıtmalıdır".
E.Musayevin sözlərinə görə, indi həmin Minsk Qrupu yenə əl-ayağa düşüb, təkliflər verir, tərəfləri kompromisə çağırır:
"Amma bir daha deyirəm: məlum xüsusi cəhdlər zamanında olmalı idi. İndi isə artıq gərgin döyüşlər gedir. Rəşadətli ordumuz bir-birinin ardınca işğal altındakı rayonlarımızı geri qaytarır, öz əzəli torpaqlarımızda bayrağımızı asır, bizi qürurlandırır. Yəni, biz maksimum gözlədik, səbr etdik, 30 il boyunca Minsk Qrupunun fəaliyyətinə ümid etdik.
Amma nəticə olmadı. İndi həmin Minsk Qrupunun əvəzinə hər şeyi özümüz həll edirik. BMT-nin qətnamələrini özümüz icra edirik. Torpaqlarımız tam geri qaytarılandan sonra isə artıq nə Minsk Qrupunun fəaliyyətinə ehtiyac olacaq, nə də danışıqlara. Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi və şanlı ordumuzun ard-arda qələbələri hazırda bizim əsas ümid və güvənc yerimizdir. Qələbə bizimlədir. Eşq olsun bu millətin birliyinə, ruhuna və əzminə. Eşq olsun Ali Baş Komandanımıza və ordumuza. Qarabağ Azərbaycandır!".
16 Noyabr 13:33
1 407
15 Noyabr 21:25
2 205
15 Noyabr 17:47
1 778