24 Sentyabr 18:13
24 Sentyabr 16:44
24 Sentyabr 15:59
23 Oktyabr 2020 17:22
2 030
Ermənistan tərəfindən Azərbaycanın dinc əhalisinin hədəfə alınması qəbuledilməz və cinayətdir.
Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə görüşən Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhrom Əşrəfxanov deyib.
O, Ermənistan tərəfindən Azərbaycana raketlərin atılmasından mülki əhalinin, xüsusən də uşaqların zərər görməsindən məyusluğunu ifadə edib.
B.Muradova bildirib ki, ölkəmizdə 30 ildir müharibə vəziyyəti yaşanır və hazırda Azərbaycan öz torpaqlarını geri qaytarmaq uğrunda haqlı mübarizə apararaq qısa müddət ərzində ərazilərinin xeyli hissəsini işğaldan azad edib.
Onun sözlərinə görə, dünya ictimaiyyəti bir daha şahid oldu ki, Azərbaycan doğru yoldadır və haqqını özünə qaytarır.
B.Muradova vurğulayıb ki, Özbəkistan Azərbaycanı daim dəstəkləyən və Ermənistanda diplomatik nümayəndəliyi olmayan dövlətlərdəndir. Bütün bunlar ölkələrimiz, onun rəhbərləri, eləcə də parlamentlərarası dostluq münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunun göstəricisidir.
24 Sentyabr 20:27
686
24 Sentyabr 20:26
665
24 Sentyabr 20:25
665